Azərbaycan XİN-dən “Mxitaryan açıqlaması”

Biz futbol proseslərini qabaqlamaq istəməzdik. Sözügedən komandaların tərkibi ilə bağlı məlumat daxil olduqdan sonra məsələyə baxılıb, konkret münasibət bildirilə bilər.

Modern.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıya – “Qarabağ”la oyuna gəlməsinə rəsmi Bakının icazə verib-verməyəcəyi məsələsinə münasibətini bildirərkən deyib.

XİN sözçüsü deyib ki, Azərbaycan dünyanın idman ölkəsidir və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarında Ermənistan vətəndaşlarının, o cümlədən, digər ölkələrin erməni əsilli vətəndaşlarının iştirakı dəfələrlə baş tutub.

“Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər isə sırf hüquqi məsələdir”, – deyə H.Hacıyev əlavə edib.

mersin escort