“Mən qüruru seçirəm,sənsə inadkarlığı…”-Aygün Sadiqdən yeni şeir..

Müstəqil.Az gənc şairə Aygün Sadiqin yeni şeirini təqdim edir:
GÖRÜŞMƏDİK Kİ.
 
Xəyalında çəkərsən saçlarımın rəngini,
Duymağa çalışarsan səsimin ahəngini…
Hələ, gözləməkdəsən məndən gələn zəngini,
Hənuz görüşmədik ki.
 
 
Hisslərin sərhəd aşıb yol götürüb bizəcən,
Kaş sevgimiz sürəydi yaş çatınca yüzəcən,
Rəngarəng duyğuların axı hələ təzəcə
Sehrinə düşmədik ki?
 
 
Birgə dəf etməliykən çətinliyi, darlığı,
Qədrini bilməyərək sevgi adlı varlığın
Mən qüruru seçirəm, sənsə inadkarlığı,
Yenə dəyişmədik ki!
 
 
Üzümüz gülümsəyər ən səmimi üzlərə,
Ruhumuz hey can atar görmədiyi gözlərə,
Sevgi də tale kimi hədiyyədir bizlərə,
Özümüz seçmədik ki.
 
Çiçəklərlə bəzəsən, yollardan anlayaram,
Belimə dolanmayan qollardan anlayaram,
Sənim ehtirasını mən hardan anlayaram?
Hələ, sevişmədik ki!

mersin escort