Bakıda sevgilisini ayağı ilə boğan məhkəmə qarşısında – FOTO

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Fərhad Şaqalıyevin (1968-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəlləri ilə məhkum olunmasına dair məhkəmə prosesi başlayıb.

Oxu.Az-ın məlumatına görə, dünən ilkin baxış keçirilib.

Xatırladaq ki, ötən il oktyabrın 24-də Bakıxanov qəsəbəsi, Adil Əlibabayev küçəsi 4, mənzil 3-də sərxoş vəziyyətdə olan Fərhad Şaqaliyev qeyri-rəsmi yaşadığı Gülnarə Sadıqovanı (1982-ci il təv.) boğaraq öldürüb.

Hadisə qadının azyaşlı oğlunun gözü qarşısında baş verib. Qətldən sonra Şaqalıyev Sabunçu RPİ 13-cü polis bölməsinə təslim olaraq, hadisə barədə məlumat verib.

İstintaqın gedişatında məlum olub ki, Fərhad Şaqaliyev bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova üçün Bakıxanov qəsəbəsində ev kirayələyib. Ailəli və iki uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşüb. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməsini, ona daha çox diqqət ayırmasını tələb edib.

Bu səbəbdən aralarında tez-tez mübahisələr baş verib. Ayın 24-də növbəti münaqişə zamanı Şaqaliyev Sadıqovanı döyüb. Yerə yıxılan qadın onu söydüyü üçün Fərhad ayağını onun boğazına dirəyərək boğub.

Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

mersin escort