ABŞ-ın hərbi gəmisi Qara dənizi tərk etdi

ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinə məxsus “Karni” (USS Carney DDG-64-ün) raket eskadra mina gəmisi avqustun 27-də Qara dənizi tərk edib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın altıncı donanmasının rəsmi saytında bildirilib.

““Karni” komandası Qara dənizə müvəffəqiyyətli səfər etdi. Biz səbirsizliklə regiona növbəti səfər imkanını və NATO-dakı partnyorlarımızla gələcək qarşılıqlı əlaqələri gözləyirik”, – gəminin komandanı Tayson Yunq qeyd edib.

Xatırladaq ki, hərbi gəmi Qara dənizə avqustun 18-də daxil olmuşdu. “Karni” idarə olunan raketlərlə təchiz edilən “Arli Berk” (“Arleigh Burke”) tipli dördüncü nəsil eskadra mina gəmisidir. Gəmi 5 min tondan ton su tutumu ilə suüstü hərbi gəmilərin ən yüksək həcmli tipidir. “Karni “Aegis” raket əleyhinə müdafiəsinin sisteminin döyüş imkanları sayəsində döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

Bu gəmilərin silahlanmasında “Aegis” sisteminin iki işəsalma qurğusu var. Gəmi nüvə döyüş başlıqlı 56 ədəd “Tomahawk” raketi ilə təhciz edilə bilər. Gəminin içində “SH- 60 Seahawk” helikopteri yerləşir. “Arli Berk” tipli esmineslərin ekipajı 330-dan çox insan təşkil edir.

mersin escort