Rza Zərraba daha bir ZƏRBƏ : “Mənə 50 min dollar verib” – ŞOK ETİRAF

ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilərək Mayamidə həbs edilən Iran əsilli türkiyəli iş adamı Rza Zərrab rüşvət verdiyi iddia edilən mühafizəçi Viktor Kasado tərəfindən gözlənilməz zərbə alıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, mühafizəçi Viktor Kasado daha əvvəl verdiyi ifadəsini (Rza Zərrabdan rüşvət almamışam.-red.) dəyişdirərək Rza Zərrabdan müxtəlif vaxtlarda ümumilikdə 50 min dollar dəyərində rüşvət aldığını, bundan başqa Ronun saxlanıldığı Metropoliten Həbsxanasına spirtli içki, mobil telefon və müxtəlif vitamin həbləri keçirdiyini etiraf edib.

Nyu-Yorkun Cənub Bölgə Prokurorluğundan verilən məlumata görə, V.Kasado bütün bunları hakim qarşısında bildirib.

Xatırladaq ki, İran əsilli türkiyəli iş adamı Rza Zərrab dələduzluqda və qeyri-qanuni yollarla ölkədən külli miqdarda pul çıxarmaqda ittiham edilərək 2016-cı ilin mart ayında Mayamidə həbs edilib.

mersin escort