Məşhurların övladları – Əli Əhmədovun doktor oğlu

65 yaşlı Əli Əhmədov 1953-ci ilin 27 yanvarda Ermənistanın Basarkeçər rayonunun rayonunun Dərə kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, sonradan təhsilini Moskva şəhərində davam etdirib. Moskva Dövlət Tarix İnstitutunu bitirdikdən sonra Ə.Əhmədov Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alıb.

Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsində baş elmi işçi, 1976-79-cu illərdə  Azərbaycan Elmlər Akademiyasnda arxiv müdiri vəzifəsində çalışıb.

1979-1982-də Azərbaycan Dövlət Universitetində laborant, 1982-1997-də bu ali təhsil ocağında müəllim, böyük müəllim, dosent işləyib.

1978-ci ildən BDU-nun Politologiya və Sosiologiya kafedrasında çalışır. 1997-ci ildən indiyə kimi həmin kafedranın müdiridir. O, fəlsəfə elmləri doktoru, professordur.

Ə.Əhmədov 1997-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsində müdir müavini, 1999-2000-ci illərdə  Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

05.11.2000-02.12.2005-də ikinci çağırış Milli Məclisin, 06.11.2005-29.11.2010-da üçüncü çağırış Milli Məclisin, 29.11.2010-12.11.2013-də dördüncü çağırış Milli Məclisin deputatı olub.

1999-cu ildən Yeni Azərbaycan Partiyasının icra katibi, 2005-ci ildən Partiyanın sədrinin müavini-icra katibidir.

Əli Əhmədov 22 oktyabr 2013-cü ildən indiyə kimi  Azərbaycan Respublikası Baş nazirinin müavini postunu tutur.

O, 2013-cü ildəAzərbaycan Respublikasının“Şöhrət” ordeni, 2009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Kavaler” ordeni ilə təltif olunub.

Əli Əhmədovun iki oğlu var. Onun oğlanlarından biri – Orxan Əhmədov prokurorluq sistemində işləyir.


Baş nazir müavininin digər oğlu Fikrət Əhmədov 9 aprel 1982-ci ildə Bakıda doğulub.

1999-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində ali təhsil alıb.

2006-2012-ci illərdə təhsilini Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin urologiya kafedrasında davam etdirib. O, burada assistent doktor olaraq çalışıb və 2012-ci ildə uzmanlıq həkim dərəcəsi alıb.

Uroloq Fikrət Əhmədov 2012-ci ildə İngiltərənin London şəhərində yerləşən Great Ormont Street Hospital for children xəstəxanasında pediatrik urologiya ixtisası üzrə kurs keçib.

2013-cü ilin dekabr ayında tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.

Fikrət Əhmədov 2008-ci ildən etibarən Endourological Society təşkilatının və European Association of Urology Assosiasiyasının üzvüdir.  2012-ci ildən Azərbaycan endouroloji dərnəyinin də üzvüdür.

F.Əhmədov 2013-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin  Urologiya kafedrasının baş lobarant, 2016-cı ildən etibarən kafedranın assistenti vəzifəsində fəaliyyət göstərir.

2014-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.

Eyni zamanda 2017-ci ilin dekabr ayında ATU-nun xarici tələbərlə iş üzrə dekanlığında dekan müavini vəzifəsinə təyin olunub.

Fikrət Əhmədov ingilis, türk və rus dillərini bilir.

mersin escort