Çində robot texnologiyasının ən son nümunələri təqdim olunur

Çinin paytaxtı Pekində keçirilən Dünya Robot Konfransında robot texnologiyasının ən son nümunələri təqdim edilir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu il üçüncü dəfə keçirilən tədbirdə əsasən səhiyyə, xidmət, təhlükəsizlik və bu kimi sahələrdə fəaliyyət göstərə biləcək “ağıllı” robotlar sərgilənir. Tədbirdə dünyanın dörd bir yanından 500-dək şirkət təmsil olunur.

Sərgidə nümayiş etdirilən “barmen” robot iştirakçıların böyük marağına səbəb olub. Çinlilərin istehsal etdikləri bu robot kokteyli bir dəqiqədə hazırlayır. Dəyəri 300 min ABŞ dolları olan robotun yaxın vaxtlarda satışa çıxarılması planlaşdırılır.

Konfrans avqustun 19-da başa çatacaq.

1 / 5

mersin escort