Bakıda dayanacağın yerində OBYEKT TİKİLDİ

Bakıda daha bir dayanacaq zəbt edilərək yerində obyekt tikilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin  verdiyi məlumata görə, Binəqədi şosesində Rəsulzadə qəsəbəsində yerüstü piyada keçidinin yaxınlığında dayanacaq zəbt edilib:

“2017-ci ilin sonlarına qədər burda dayanacaq məntəqəsi mövcud idi. Lakin günün birində ərazi hasara alındı və yerində 3 mərtəbəli obyekt tikildi. Tikinti zamanı piyada səkisi də zəbt edildi. Məntiqi nəticə isə göz qabağındadır. İstər ordan keçən piyadalar istərsə də avtobuslara minib-düşən sərnişinlər yolun hərəkət hissəsinə çıxırlar. Artıq fəaliyyətdə olan obyektə gələnlər nəqliyyat vasitələrini burada qanunsuz park edirlər ki, bu da onsuz da təhlükəli olan vəziyyəti daha da ağırlaşdırır”.

mersin escort