Səudiyyə Ərəbistanı Suriyaya 100 milyon göndərdi – ABŞ məmnun…

Səudiyyə Ərəbistanı Suriyanın Rakka şəhərinin yenidənqurması üçün İŞİD terror təşkilatı ilə mübarizə koalisiyasına 100 milyon dollar verib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Noyret bildirib.

Sözmü ABŞ-ın Səudiyyə Ərəbistanın comərd davranışından dolayı məmnun olduğunu bildirib.

Yardımın ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeonun da qatıldığı 12 iyul Brüssel toplantısında edildiyi açıqlanıb.

Koalisiya və bölgədəki müttəfiq –YPG/PKK terror təşkilatlarının hücumlarından qaçan 150 mindən çox şəhər sakini artıq evlərinə geri qayıdıb.

Anadolu Agentliyinə bilgi verən yerli qaynaqlara görə, YPG/PKK 2017-ci ilin oktyabr ayında işğal etdiyi Rakkada digər bölgələrdə göstərdiyi təzyiqi və terroru nümayiş etdirir. Dinc sakinləri zorla silahlandıran PKK İŞİD ilə qarşıdurma əsnasında ələ keçirdiyi evləri sakinlərə geri vermir. Koalisiyanın hava hücumlarından sonra tamamilə xarabaya çevrilən şəhər mərkəzində dinc sakinlər evlərini inşa etmək üçün öz məhdud imkanlarından istifadə edir. Rakkaya geri qayıtmaqdan başqa çarəsi olmayan dinc sakinlərə YPG/PKK heç bir köməklik göstərmir.

Müstəqil.Az

mersin escort