Rusiya düşməni VAHİMƏYƏ SALAN yeni bombardman təyyarəsini sərgilədi – FOTO

Rusiya yeni strateji Tu-22M3M bombardman təyyarəsini təqdim edib.

Müstəqil.az xəbər verir ki, Kazan şəhərində təşkil edilən təqdimetmə mərasimində sərgilənən təyyarə daha sonra quru və hava sınaqlarına göndərilib.

Rusiyanın ən böyük təyyarə istehsalçılarını bir araya gətirən Birləşmiş Tayyərə Şirkətinin prezidenti Yuri Slyusar Tu-22M3M təyyarəsinin 2021-ci ildə rus ordusuna təslim ediləcəyini deyib.

Rusiyanın “Arsenal Otçestva” hərbi dərgisi yeni təyyarənin texniki göstəriciləri haqqında məqalə hazırlayıb. Məqalədə təyyarənin sursatının çoxaldıldığı, radio elektronik avadanlıqla təchiz edildiyi qeyd edilib. Bu avadanlıq sadəcə uçuşu deyil, həm də silahları idarə edir.

Təyyarəyə əlavə edilən digər bir silah isə X-32 tipli naviqasiyalı raketdir. Əlavə olaraq, bombardmana, düşmənin havadan, raketdən müdafiə sistemlərinə qarşı hərəkət etmək fürsətini təmin edəcək yeni müdafiə sistemləri var.

Yeni təyyarənin əvvəlki versiyası olan Tu-22M3 suriyadakı terrorla mübarizə əməliyyatlarında uğurlu performans sərgiləmişdi.

 

mersin escort