Yevlaxda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

 Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adı məlum olub.

“Report”un Şirvan bürosu xəbər verir ki, Rafiq Mehdiyevin idarə etdiyi “Opel” markalı avtomobilin su kanalına aşması nəticəsində avtomobildə olan sürcünün həyat yoldaşı Günay Mehdiyeva və onların 7 yaşlı övladları Məhəmməd Mehdizadə ağır bədən xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.


***14:21

Yevlax. 15 avqust. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Mingəçevir-Xaldan avtomobil yolunun 7-ci kilometrliyində, Əkşəm kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb. Nəticədə üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

mersin escort