Hər gün yediyimiz meyvələrin sirli tərkibi və möcüzəli müalicəvi faydaları – Mütləq oxuyun

Meyvə başqa qidalardan fərqli olaraq, ağızda və mədədə ya heç həzm olmur, ya da cuzi şəkildə həzm olur və bir neçə dəqiqədən sonra birbaşa yoğun bağırsağa keçir. Burda da çox yubanmır, qısa vaxt ərzində yüngülvari həzm olunur və bu da qana sorulmaq üçün bəs edir.
Ətin həzmolma müddəti 3-5-6 saatdır. Mədədəki ət özü həzm olunana qədər almanı tutub yanında saxlayır, qoymur bağırsağa keçsin. Alma bakteriyaların təsiri altında çürüyür və korlanır, çürümüş alma əti də çürüdür. Yoğun bağırsağa korlanmış kütlə daxil olur-mikroblar üçün zəngin yem bazası yaranır, xəstəlik qaçılmaz olur. Bütün sirr bundadır. İdeal variant belədir-meyvəni bir öynə  (ya səhər, ya axşam) əsas qida növü kimi qəbul etmək. Bunu hər hansı bir səbəbdən edə bilməyənlər meyvəni əsas qida növü saydığı xörəkdən 30-60 dəqiqə qabaq yeməlidir. Meyvəni heç bir qida ilə qarışdırmaq olmaz!
Tanınmış sağlamlıq mütəxəssisi, məşhur Nişi sisteminin Azərbaycanda təbliğatçısı olan Ərşad Əzimzadə özünün “Möcüzəsiz möcüzə” kitabı və başqa araşdırmalarında meyvələrin insan orqanizmi üçün faydalarını yazmaqla yanaşı, onların düzgün qidalanma mexanizmini də qeyd edib.
Müstəqil.Az Moderator.az-a istinadla adıçəkilən tədqiqatçıya istinadən, bir neçə meyvənin tərkibi, faydalılığı haqqında yazını oxuculara təqdim edir:
Ərik:Tərkibində 20-27 faiz şəkər var, üzvi turşular (salisilat,alma turşusu,limon turşusu), A vitamini (karotin), S və B12 vitaminləri,kalium duzu, dəmir,fosfor,maqnezium və s. ilə zəngindir.Ərik və qurusu-ürəyi,beyni qidalandırır,onların fəaliy -yətini xeyli yaxşılaşdırır;
Alma –Tərkibində S, B1, B2, F, E vitaminləri,karotin, kalium,kalsium,dəmir,marqans,pektinlər,şəkər,üzvi turşular kifayət qədərdir.Skleroz əleyhinə çox gözəl vasitədir. Ürək, bağırsaq,böyrək,hipertoniya,qansızlıq,piylənmə xəstəliklərinə,böy- rək də daşlara qarşı səmərəli müalicə vasitəsidir.
Armud: S və B1 vitaminləri,şəkər və üzvi turşularla zəngin olub,sidikqovucu,mikrob əleyhinə təsir göstərir, sidik yollarının infeksiyası və böyrəkdə daş olan vaxt istifadə olunur.
 
Üzüm: Kalium,kalsium,marqans,kobalt ilə, S, P, PP, B1, B6, B12 vitaminləri,karotinlə və üzvi turşularla zəngindir. Tərkibində 18-20 faiz zülal var. Böyrəklər,ağ və qara ciyər,podaqra, hipertoniya və s. xəstəliklərin müalicəsində istifadə olunur, orqanizmi bütövlükdə möhkəmlətmək qabliyyətinə malikdir.
 
Albalı: Tərkibində qlyukoza,fruktoza,S,B1,PP vitaminləri,karotin,üzvi turşular,mis,kalsium,maqnezium,dəmir,pektin zəngindir.Qan azlığında,ağ ciyərin,böyrəyin müalicəsində, atereskleroza və qəbzliyə qarşı geniş istifadə olunur.
Nar: Orqanizmi möhkəmlədir,həzmolmanı yaxşılaşdırır, mədəaltı vəzini sağaldır,qanı təmizləyir,qan azlığını aradan qaldırır.
Gavalı:Müalicəvi meyvədir.Tərkibində 16 faiz şəkər, külli miqdarda kalium,pektin, S, B1, PP, karotin,üzvi turşular var.
Gavalı (ələlxüsus,qurumuş qara gavalı) yumuşaldıcı və sidik -qovucu təsirə malikdir,atereskleroz,qara ciyər,ürək,böyrək, hipertoniya xəstəliklərinə qarşı güclü təsirə malikdir.
Moruq: Tərkibində 9-10 faiz şəkər,çoxlu dəmir, pektin, mis, kalsium,üzvi turşular, S, B1, B12, PP vitaminləri və digər dəyərli maddələr var.Mədə-bağırsaq,atereskleroz,böyrək,hiper- toniyaya xəstəliklərinə qarşı istifadə olunur.
Qara qarağat: İtburnudan sonra S vitamini ilə zəngin olan ən qiymətli bitkidir.Tərkibində 300 mq/faizə qədər S vitamini,çoxlu B1,PP vitaminləri,karotin,kalium,dəmir,limon turşusu,alma turşusu və digər üzvi turşular,pektin,16 faizə qədər şəkər vardır.Mədə yarasına,qastritə(turşusu az olanda), atereskleroza,böyrək xəstəliklərinə qarşı,maddələr mübadiləsi pozulanda və qan azlığı baş verəndə istifadə olunur.

mersin escort