Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda əxlaqsızlıq yuvası barədə məlumat alan polis əməkdaşları bir evdə əməliyyat keçiriblər.

Müstəqil.Az “Milliyet”ə istinadən xəbər verir ki, Karabaş məhəlləsindəki evlərdən birində iyulun 28-də fahişəliklə məşğul olduqları bildirilən iki Azərbaycan vətəndaşı olan qadın və müştəri qismində həmin evdə olan iki kişi saxlanılıb.

Mənbə qeyd edir ki, qadınların hər ikisi Türkiyədən məhkəmə qərarı ilə deportasiya olunub. Onların müştəriləri sərbəst buuraxılıb. Qadınların yaşadığı və müştəriləri qəbul etdikləri evi kirayələdiyinə görə 54 yaşlı Türkiyə vətəndaşı saxlanılıb.

Müstəqil.Az