Ağdaşda yaşlı kişini avtomobil vurub.

”Report” xəbər verir ki, hadisə rayonun Ləki-Xınaxlı avtomobil yolunda baş verib. Belə ki, Abad kənd sakini idarə etdiyi “Mersedes” markalı avtomobillə yolu keçmək istəyən 82 yaşlı Ağzıbir kənd sakini İbrahimov Babakərim Səfiqulu oğlunu vuraraq xəsarət yetirib.

Piyada ön şüşəyə çırpılaraq onu qırıb və maşının üzərində bir müddət qalaraq yerə düşüb. Yaralıya yardım olunması üçün əraziyə həkim dəvət olunub.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az