Gəncə hadisələrinin daha bir iştirakçısı məhv edildi

3 və 10 iyul Gəncə hadisələrinin axtarışda olan fəal iştirakçılarından biri müqavimət göstərdiyinə görə Daxili İşlər Nazirliyinin xüsusi operativ qrupu tərəfindən məhv edilib.

Bu barədə  Müstəqil.Az-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilib.

İnformasiyaya əsasən, öldürülən Gəncə sakini Rəhimov Muraz Çapay oğludur. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərin gedişatında cinayətkarın Sumqayıtda gizləndiyi yer müəyyən edilib.

Cinayətkar polislərin təslim olmaq və silahı təhvil vermək barədə  dəfələrlə etdikləri çağırışlara əhəmiyyət verməyib və qanun keşikçilərinə atəş açıb. Polis xidməti silah tətbiq etmək məcburiyyətində qalıb və cavab tədbirl ilə cinayətkar məhv edilib.

Hadisə yerinin müayinəsi zamanı Muraz Rəhimovun yanında “Makarov” tapançası və ona aid döyüş sursatı aşkar edilib.

Müstəqil.Az

mersin escort