Bu gün tanınmış şair Salam Sarvanın doğum günüdür. Gün ərzində şairlə əlaqə saxlamaq istəsək də, telefonuna zəng çatmadı. Görünür şair belə bir gündə yenə öz dünyasına çəkilib, nə haqdasa fikirləşir. Salam Sarvanın bu gün əlli iki yaşı tamam olur.
Müstəqil.Az bildirir ki,Tanınmış tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli Moderator.az-a açıqlamasında Salam Sarvan haqqında öz təəssüratlarını bölüşüb:
“Doxsanıncı illərin əvvələrində Masallıda “Qala” qəzeti çıxırdı və Salam Sarvanın ilk şeirləri həmin qəzetdə çap olundu. Sonra “Azərbaycan” və “Ulduz” jurnalında çap olunub. Onun haqqında mən və qardaşım Cavanşir Yusifli bir neçə məqalə yazdıq. Salam çox maraqlı bir şairdi. O, söz oyununu şeirlərində əsl poeziyaya çevirdi. Salam poeziyanın riyaziyyatını yaratdı. Amma son on ildə Salamı yeni şeirləri ilə görmürəm. Mən həmişə deyirəm ki,  Salam Sarvan Əli Kərim, Ramiz Rövşən və Vaqif Bayatlıdan sonra Azəzrbaycan poeziyasına yeni bir hava gətirdi. Mən arzu edirəm ki, Salamı yeni şeirləri ilə görüm. O, mənim ürəyimin əzizidir”.
Müstəqil.Az