Draqun “Qarabağ”a vurduğu qolu xəstə qızına həsr etdi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a qol vuran BATE-nin yarımmüdafiəçisi Stanislav Draqun bunu qızına həsr etdiyini bildirib.
O 36-cı dəqiqədə vurduğu qoldan danışarkən bunları bildirib:
“Bu qolu həyat yoldaşıma və hazırda səhhətində müəyyən problemləri olan qızıma həsr edirəm. Ümidvaram ki, dəqiq zərbəm və BATE-nin qələbəsi onlara müsbət emosiyalar bəxş edəcək və qızımın sağalmasını sürətləndirəcək”.
Qeyd edək ki, oyundakı yeganə qol “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun səhv ötürməsindən sonra vurulub.(Oxu.Az )

mersin escort