Yazıçılar əsgərlərimizlə görüşdü -FOTO

 Bir qrup yazıçı və şairlərimiz “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, Yazımız Qarabağ” lahiyəsi çərçivəsində cəbhə bölgələrində maraqlı görüşlər keçiriblər.

Bu haqda Müstəqil.Az-a “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyindən xəbər verilib.

Xocavənd, Beyləqan, Ağcabədi rayon sakinləri, Laçın qəsəbə əhli və N saylı hərbi hissənin əsgərləri Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri yazıçı Elçin Hüseynbəylini, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri şair-bəstəkar Şahin Musa oğlunu, Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətinin əlaqələndiricisi şair İlqar Türkoğlunu, yazıçı  Aləm Kəngərlini böyük coşqu, ruh yüksəkliyi və qonaqpərvərliklə qarşılayıblar. Yazarlar çıxışlarını öz yaradıcılıqlarından nümunələr səsləndirməklə yekunlaşdırıblar.
Aləm Kəngərli

mersin escort