Türkiyədə 500 ton ağırlığında tarixi hamam texnika ilə başqa əraziyə daşınıb – FOTOLAR

Türkiyədə 650 yaşı olan tarixi hamam bir ərazidən başqa əraziyə köçürülüb.

Müstəqil.Az  Türkiyə KİV-nə istinadən xəbər verir ki, 500 ton ağırlığı olan hamamın heç bir zədə almadan 3 kilometr uzaqlıqdakı yeni mədəniyyət parkına daşınmasına nail olunub.

Batman vilayətinin Hasankeyf qəsəbəsindəki tarixi hamamın köçürülməsinə bu gün səhər saat 5 radələrində başlanılıb.

Hamamın köçürülməsi işləri 6 saata başa çatıb.

Rəsmi açıqlamaya görə, hamamın köçürülməsinə 37 milyon lirə (12 milyon AZN-red) sərf olunub.

mersin escort