Məşhurun atası qızına xəyanətdən danışdı

Ukraynalı müğənni Ani Lorak türk əri Murad Nalçaçıoğlunun ona xəyanət etməsi haqqında heç bir açıqlama verməsə də, ulduzun atası “Starhit” nəşrinə danışıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ani Lorakın atası Kuek Miroslavın sözlərinə görə, M.Nalçaçıoğlunun gənc qızla yayılan kadrlarını görməsə də, hesab edir ki, onun heç bir günahı yoxdur. O, yaranmış xoşagəlməz vəziyyəti belə şərh edib:

“Qzımın Muradla münasibətləri çox yaxşıdır. Başa düşə bilmirəm ki, niyə hər şeyi belə şişirdir və ailəni dağıtmaq istəyirlər”.

Qeyd edək ki, nişan üzüyünü heç vaxt barmağından çıxartmayan müğənninin sosial şəbəkədə paylaşdığı son foto diqqət çəkib. Onun bu fotoda barmağında üzük olmaması əri ilə boşanması haqqında şayiələrin yayılmasına əsas verib.

Məlumat üçün bildirək ki, Ani Lorak “Jara” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda olarkən həyat yoldaşı M.Nalçaçıoğlunun gecə klubunda qızla səmimi görüntüləri yayılmışdı.

mersin escort