Mingəçevir su anbarında 32 yaşlı kişi batıb

Mingəçevir su anbarında 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir su anbarında (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Nəsibov Elmar ibrahim oğlunun cəsədini sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

“Report” əlavə edir ki, Elmar Nəsibov Samux rayon Polis şöbəsinin əməkdaşıdır. O, Mingəçevirə ailəsi ilə birgə istirahət etmək məqsədilə gəlibmiş.

Müstəqil.Az

mersin escort