ASEAN ölkələrinin XİN başçıları Sinqapura toplaşdı

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) xarici işlər nazirlərinin Sinqapurda işə başlayan toplantısında regional təhlükəsizlik və yeni təhdidlərə qarşı tədbirlər əsas diqqət mərkəzində olacaq.

Bu barədə media üçün qapalı olan toplantıya ev sahibliyi edən Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan bəyan edib.

Cari ildə həm də quruma sədrlik edən sinqapurlu nazir deyib: “Biz təhlükəsizlik, yeni təhdidlər və regionun inkişafı məsələlərini müzakirə etmək niyyətindəyik”.

Xatırladaq ki, ASEAN-ın tərkibinə on ölkə – Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin daxildir. Bununla yanaşı, Rusiya, Avstraliya, Hindistan, Çin, Yeni Zelandiya, Koreya Respublikası, Yaponiya və ABŞ-da təşkilatın toplantılarına qatılır.

Cari ilin noyabrında ASEAN ölkələrinin dövlət başçılarının sammiti də planlaşdırılır. (AzərTAc)

Müstəqil.Az

mersin escort