“Ədalət Babayev: Mən xalqımın xidmətçisiyəm”

Bütün ili öz peşənlə məşğul olub, doğma rayonundakı ata evinin problemlərinə vaxt ayırmaq, ancaq yay tətilində mümkün olur. Bu yayda Bakının toz-tozanağından özümü birtəhər dartıb, çoxları kimi mən də şanlı rayonumuz Biləsuvara gəldim. İlk öncə onu deyim ki, peşəm və mənim təhlükəsizliyimlə əlaqədar rayonumuz da problemlər məndən gizlədilir.

Son iki ildə quruca maaşla yaşamağın çətinliyini qəbullandığım üçün, atamdan qalan pay torpağımızda taxıl əkib dolanmağa çalışma cəhdlərim, rayonumuzdakı problemləri daha rahat görməyimə xeyli kömək edir. Qısacası, rayona gələn kimi tanış-bilişdən (bir az da məndən yararlanmağa çalışanlardan) şikayətlər eşitdim. Düzü, buna təəccüblənmədim də. Çünki ölkənin bütün, eləcə də Tovuz rayonunda iki il zillətlə yaşamağım (əgər buna yaşamaq deyilərsə) əyani sübut idi. Bir neçə şikayət eşitsəm də, əvvəlcə küçəmizin təbii qaz problemini həll edib, daha sonra da pay torpaqlarımızın olduğu ərazidəki su probleminin həlli üçün üz tutdum “Biləsuvar suvarma sistemləri idarəsinə”

Hamının bildiyi kimi ölkənin istər şəhərlərində olsun, istərsə də rayonlarında məmurlar heç bir vətəndaşı dinləmək istəmir, kömək etmir, jurnalistlərin telefonlarına belə açıqlamalar verməkdən boyun qaçırıllar. Düzü, mən də belə bir səhnə ilə qarşılacağımı düşünürdüm. Amma idarənin qapısına çatdığımda ilk qarşılaşdığım mənzərə, çox sayda vətəndaşın rəisin otağının qarşısında gözlədiyini görməyim oldu. Həqiqətən də gözəl mənzərə idi. Çünki bizlər belə şeyə örgəşməmişik, daha doğrusu, heç görməmişik.

Katibəyə yaxınlaşıb rəislə görüşmək istədiyimi deyəndə, cavabında “görürsünüz ki, içəridə vətəndaşların qəbulu keçirilir. Buyurun, gözləyin, sizi də çağıracayıq”,- eşitdim. Sözün düzü inanmadım ki, doğrudan da vətəndaşları hansısa rəis qəbul edə. Amma çox keçmədi ki, içəridən bir neçə nəfər çıxdı, məni və yanımdakı vətəndaşları da rəisin görüşünə dəvət etdilər. İçəriyə daxil olan kimi ilk işim rəisin üz cizgilərini müşahidə etmək oldu. Hələ də qəbullana bilmirdim ki, belə şey necə ola bilər. Necə deyərlər, evdə bişməyib, qonşudan gəlməyib.

Bizdən əvvəl şikayət edənlərin bəziləri gülər üzlə çölə çıxır, bəziləri isə şikayətini rəisə daha tez çatdırmaq üçün bir-birlərinin sözünü kəsərək, tez-tez coşurdular. Rəis isə təmkinli şəkildə hamını dinləyir, şikayətlərini həll edirdi. Diqqətimi çəkən bir başqa məsələ isə rəisin Şəhid və Qazi ailələrinin daha əvvəl dinləyərək kömək etmək istəyi idi.

Digər bir başqa məsələ isə 500 nəfərlik bir kollektivə rəhbərlik etməsinə baxmayaraq, divarları çatlamış, kreslosu isə köhnəlmiş, xüsusi qəbul otağı olmayan bir kiçik otaqda hamını qəbul etməsi idi. Bu müşahidələr rəisə qarşı şikayətimin qəzəbini bir xeyli də azaltdı. İçəridə hər xaraktrdə vətəndaş və su mirovlarının da olması təəccübümə səbəb oldu. Doğrudan da bölgələrdəki insanlarımızın bir-birlərinə və getdikləri rəsmi idarələrdə danışıq və özünü idarə problemi bir daha məni sarsıtdı. Kimi icazəsiz girib-çıxır, kimi icazəsiz növbə gözləmədən yüksək səslə danışır, kimi də ara-sıra rəisə qəzəblənərək az qala təhqir etməyə cəhd edir. Təbii ki, bu qədər gərginliyi bir nəfərin (məmur olsa belə) qaldırması imkansızdır. Di gəl ki, rəis hərəni bir şəkildə sakitləşdirir, aranı yumşaltmaq üçün zarafatlar edirdi. Vallah, mən həqiqətən belə şey görməmişəm. Yəqin ki, sizlər də görməmisiniz.

İçəri girənlər içi mən qarışıq qəzəblə girsə də, gülərək dərdi həll olunmuş formada çıxırdı. Özümü bir anlıq hansısa Avropa ölkəsində hiss etdim orada. Bütün dəqiqələr boyu içəridəki rəisin demokratca davranışı və hər kəsə kömək etmə cəhdlərinin şokunda idim.

Bu arada bəzi ləqəbli adamların çıxışları da maraqlı idi.

“Seyid”, “Müəllim”, “Bığ məmməd”, “Yaşlı adam”, “Saqqal Səlim.

Bu səhnə yadıma ulduz filmini saldı. İçəridə çatışmayan tək şey xanım pambıqçı, suvarın olmamasıdı.

Məhşur filmdə olduğu kimi burda da şikayətçilərin 99 faizi (%) pambıq əkən fermerlər idi. Tək dərdləri isə başqa rayonlardan fərqli olaraq, heç bir daxili su mənbəyi olmayan rayonun su problemi idi.

Məsələn, şəhid atası Həsənov Həsənin, Haqverdiyev Ceyhunun, Qazi atası İmanov Vaqifin, ibtidai sinif müəlliminin şikayətləri ən başda həll olunaraq razı şəkildə yola salındı. Nəhayət, növbə mənə çatanda, edəcəyim şikayətin mahiyyətinin, gecəni tarlada keçirən zəhmetkeşlərin şikayətinə müqaisə də mənasız olduğundan utanıb, şikayət etmədim. Rəis israrla şikayətimin nə olduğunu soruşsa da, ona heç nə deməyərək sacədə 2 saat içində yaşadığım şoku danışdım. Daha sonra isə icazə verəcəyi halda bir neçə foto çəkərək, müsahibə etmək arzusunda olduğumu da bildirdim. (görünür peşə alışqanlığıdı)

Rəis Ədalət Babayev, vəsiqəsi və xüsusi göndərişi olmayan heç bir jurnalistə danışmayacağını bildirdi (ancaq mənim vəsiqəm vardı) və üzrlü bilməmi xahiş etdi. Ancaq bir məmurun bu qədər şikayətçini həftənin 5 günü qəbul etməsini, içəridəki şikayətçilərin səs tonları, qeyri-etik davranışları, kimsənin maksimum dərəcədə razı geri dönməsini beynimdə düşünüb çölə çıxmaq istəyəndə, anidən rəisin yorğun səsini eşitdim: ikiil (Tovuz məmuriyyətinin, öz başnalığını görmüş biri üçün bu xoşbəxtlik idi)


“Qardaş oğlu, istəyirsən getmə. İndi gələcək olan yeni şikayətçilərlə qəbulumdan bir neçə şəkil çək, çöldə gözlə. Rəisin dediklərini dediyi kimi yerinə yetirib, gözlədim. Daha sonra isə rəisə bir neçə sual verib idarədən ayrıldım. Bildiyim tək şey, heç bir vəzifə daimi deyil. Daimi olan tək şey həyatda qazandığın hörmət və güvəndir.

Müsahibəmiz qısa olsa da, dolğun oldu. Və bir xeyli razı qaldım.

– Ədalət bəy, bir neçə kəlmə özünüz və gördüyünüz işlərdən danışın.

– Babayev Ədalət Rəşid oğlu, 1961-ci ildə fevral ayının 18-də Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşam. 2002-ci ildən Biləsuvar rayon suvarma sistemləri idarəsinin rəisi vəzifəsini icra edirəm.

-Gördüyüm qədər insanlar xidmətlərinizdən razıdır. Bu isə hər dəqiqə rast gəlinən mənzərə deyil. İşlərinizdən danışın bir az.

Özümü biləsuvar əhalisinin xidmətçisi kimi görürəm. Bütün amalım tutduğum vəzifədə mənəviyyatla işləyib, ölkəmin gələcəyi naminə xidmət göstərməkdir. Həftənin 5 günü rayon əhalisin idarəmizə aid olan problemləri ilə bağlı qəbulunu keçirirəm. Şikayətçi çox, gördüyünüz kimi isə mən təkəm. Ancaq bu məni yormur. Gücüm çatan qədər hər bir vətəndaşa dəstək olmağa çalışıram. Dediyim kimi, 2002-ci ildən bu idarənin rəisiyəm və buranı dişim-dırnağımla bugünki vəziyyətə gətirmişəm. 2007-ci ildə cənab Prezidentimiz İlham Əliyev tərəfindən tərəqqi medalı ilə təltif edilmişəm. Hal-hazırda tikintisi başa çatan 11 otaqlı yeni idarə binamız da hazırdı.

Bilirsiz, vəzifələr müvəqqətdir, şərəfli yaşamaq isə əbədi. Bütün kollektivimiz var gücü ilə çalışır. Biləsuvar rayonu son illərdə pambıqçılıqda ön sıralardadır. Texnika problemimiz həllini tapıb desəm, yanılmaram.

– Ədalət bəy, mövzudan bir addım kənara çıxıb, başqa bir sual da verim. Maraqlıdır, bu qədər işin arasında mütailəniz var?

Ümumiyyətlə, özünüzə necə vaxt ayırırsınız? Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

– Sözün düzü əvvəllər daha çox dünya ədəbiyyatını oxuyurdum, İdmanla məşğul olurdum ancaq son zamanlar işin çoxluğundan nə normal şəkildə idmanla məğul ola bilirəm nə də kitab oxumağa vaxt qalmır. Yeni tərcümələri, ən yeni ədəbiyyatı izləməkdə çətinlik çəkirəm. Boş vaxtlarımı əvvəllər kitab oxumağa sərf etsəm də, indi bir qədər alınmır bu. Mənim də öz qayğılarım var. Vaxt çatdırmaq olmur. Eybi yox mən hansısa məhrumiyyətlər yaşayaram, yetər ki, rayonumuzun əhalisi bu dəhşətli istilərdən min zillətlə əkdiyi tarlasını məhv etməsin.

– Əvvəllər hansı müəllifləri oxumusunuz?

– Sovet dövründə daha çox kitab oxuyardıq. Amma dediyim kimi, indi vaxtım o qədər də olmur. Oxuduğum müəlliflər isə çoxdur. Viktor Hüqo, Tolstoy, Dostoyevski, T. Drayzer, K.Hamsun və.s

– P.S bu yazı tamamən təsadüflərə dayanır və ölkəsinin hər zərrəsini sevən insanın gözləmədiyi bir səhnəni yaşaması əsasında ərsə gətirməsinə səbəb olub. Ümid edək ki, hər əyalətimizdə heç olmaya bir-iki xalqını sevən məmur olsun.

Söhbətləşdi: Nihat Cəbrayıl,

Biləsuvar.

mersin escort