“Qarabağ” möhtəşəm qələbə qazandı

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin dünən saat 21:00-da başlanan cavab matçında qarşılaşan “Qarabağ” – “Kukesi” görüşü üçün start heyətlərbelə idi.

Müstəqil.Az xəbər verir ki, “Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Simeon Slavçev, İnosent Emeqara, Miçel, Dani Kintana, Rəşad Sadıqov, Abdella Zubir, Bədavi Hüseynov, Donald Gerye yer alıblar.

“Kukesi”nin ilk onbirliyində isə meydana Stivi Fraşeri, Yuli Şameti, Alba Ala, Arber Çirbya, Sebino Plaku, Harallamb Qaqi, Simo Rumbullaki, Besar Musolli, Edis Malikyi, Vilyam Kordeyro və İrakli Dzaria çıxacaqlar.

 

 

“Qarabağ” matçın 22-ci dəqiqəsində Dani Kintananın penaltidən vurduğu qolla hesabı açıb: 1-0.

***

“Qarabağ” matçın 52-ci dəqiqəsində penalti qazanıb, ancaq penaltini qazanan Emaqara zərbəni dəqiq yerinə yetirə bilməyib.

***

“Qarabağ” yeni transfer Emaqaranın sayəsində matçın 56-cı dəqiqəsində 3-cü penaltini qazanıb. Bu dəfə topa yaxınlaşan Kintana 2-ci topu rəqib qapısından keçirib: 2-0.

***

“Qarabağ”ın yeni transferlərindən olan Delarj görüşün 89-cu dəqiqəsində fərqi artırıb: 3-0.

***

“Qarabağ” 3-0 qələbə qazanaraq ÇL-nin 3-cü təsnifat mərhələsinə yüksəlib.

Müstəqil.Az

mersin escort