Bakıda ağacların dibinə yenə “kislota” tökdülər – VİDEO

Nərimanov rayonu, Ağa Nemətulla küçəsində ağacların qurudularaq məhv edilməsi üçün onların dibinə zəhərli kimyəvi maddə tökülüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə paytaxt sakini Asif Qəhrəmanovməlumat verib.

Onun sözlərinə görə, ərazidə obyekt tikilməsi üçün ağacların dibinə zəhərli kimyəvi maddə tökülüb. Faktla bağlı sakinlər DİN-in 102 xidmətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veriblər.

ETSN-dən Oxu.Az-a bildirilib ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən ünvana keçirilən baxış zamanı çəpərlənmiş yaşıllıq ərazidə dörd ədəd ağacın zədələndiyi məlum olub.

Ağacları zədələdiyinə görə yaşıllıq ərazinin sahibi Tofiq Balayevbarəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, fiziki şəxs qismində 800 manat məbləğində cərimə olunub.

İlhamə Əbülfət

mersin escort