“Xəzər Lənkəran” bir brenddir. O, hər zaman yaşayacaq. Bu klubun var olmasına şəxsən mən nəzarət edəcəm.

Müstəqil.Az xəbər verir ki, bu sözləri “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov bildirib.

“Əvvəlki illərdə olduğu kimi, “Xəzər Lənkəran” Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin burda futbolçuların yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Bütün “ağ-yaşıl” fanatlarına uğurlar arzulayıram”, – M. Mənsimov qeyd edib.

 

Xatırladaq ki, 2004-cü ildə yaradılan klub 2016-cı ildə fəaliyyətini dayandırıb.

Müstəqil.Az