Müstəql.Az Əyyub QİYASın yeni şeirini təqdim edir:

Mən kövrək adamam, Qarışıqa,
baxa bilmirəm çiynindəki
dağdan ağır yükə.
Belə zülüm eləməzlər adama…
Səni görəndə qul bazarlarında qaynaşan
qardaşlarım düşür yadıma.

Mən kövrək, adamam, Qarışqa,
belə zülüm eləməzlər adama.
O gün metronun girəcəyində
bir dilənçi qadın gördüm,
anam düşdü yadıma…

 

 

 

 

Mən kövrək, adamam, Qarışqa,
belə zülüm eləməzlər adama.
Belim donqarlaşıb
sənin kimi özümdən ağır yük daşımaqdan…
səni bilmirəm, Qardaş,
amma mən yoruldum sənin kimi yaşamaqdan,
sənin kimi tapdanmaqdan yoruldum!
Əzilməkdən yoruldum, Qarışqa!…

13.07.2018.