Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında baş vermiş hadisəni mən törətmişəm. Hazırda saxlanılmışam və istintaq gedir.

Müstəqil.Az  xəbər verir ki, bunu Xəzər TV-yə açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş Yunis Səfərov deyib.

Y.Səfərov qeyd edib ki, hüquqları ona izah olunub və vəkillə təmin edilib.

Y.Səfərov sosial şəbəkələrdə ona qarşı güc tətbiq edildiyi və xəsarət yetirildiyi barədə yayılmış görüntülərə də münasibət bildirib.

Müstəqil.Az