AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN 6 SAYLI ƏRAZİ VERGİ İDARƏSİNDƏ NƏ BAŞ VERİR?

İqtisadi islahatlara başlayan dövlət ilk növbədə öz tənzimləyici rıçaqlarını işə salmağa başlayır, monetar və fiskal siyasətinə yenidən baxaraq, inkişaf istiqamətləri üzrə onlara korrektələr edir. Bu iki iqtisadi alətin bir-birini tamamlaması və vahid kursa xidmət göstərməsi mühüm amildir.

Neftin kəskin ucuzlaşması Azərbaycanda dövlət büdcəsinə daxilolmalarda azalmaya səbəb olduğundan hökumət qeyri-neft sektorunun inkişafı sahəsində başladığı tədbirləri daha da sürətləndirməli oldu. Qeyri-neft sektorunun inkişafına hədəflənən yeni iqtisadi modelin yaranmasında ən güclü təsiredici vasitə kimi vergi tənzimləməsi ön plana keçdi. Lakin zaman-zaman qarşıya qoyulan hədəflərin reallaşmasında ortaya çıxan problemlər, bu sahə üzrə şəffavlığın təmin olunmasında yaranan maneələr, dövlət qurumuları ilə sahibkarlar arasında meydana gələn anlaşılmazlıq təbii ki, ciddi fəsadlar yaradır.

 Araşdırmaların nəticəsi

Müstəqil.Az-ın dəyərli oxucularının diqqətinə çatdırırıq ki, bir müddətdir yerlərdən redaksiyamıza ünvünlanan şikayət məktubları əsasında saytımızın əməkdaşları araşdırma yazıları təqdim edir, zərərçəkmiş şəxslərin, yaxud müəyyən təzyiqlərlə üzləşmiş sahibkarların fikirlərinə geniş yer verir.

Qeyd edək ki, saytımızda  bu dəfə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lənkəranda yerləşən və Cənub bölgəsini əhatə edən 6 saylı Ərazi Vergilər İdarəsi (ƏVİ) haqda yeni araşdırma yayınlayacaqdı. Lakin redaksiyamıza daxil olan, ölkə başçısı İlhamƏliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanan məktubun dərci ilə kifayətlənməyə qərar verdik.

Xatırladaq ki, ötən yazılarda (http://www.mustaqil.az/2018/06/04/mikayil-cabbarov-fazil-məmmədovun-is-prinsipini-təkrarlayir-arasdirma/ http://www.mustaqil.az/2018/05/28/sabibkarlar-bu-dəfə-nazirə-etiraz-etdilər-susmayin/,http://www.mustaqil.az/2018/04/24/vergi-mufəttisləri-pullarimizla-kef-edirlər-sahibkarlarin-harayi-fotolar/,http://www.mustaqil.az/2018/04/29/nazir-mikayil-cabbarov-gozdən-salinir-cənublu-sahibkarlar/, http://www.mustaqil.az/2018/05/03/14264http://www.mustaqil.az/2018/05/09/cənub-bolgəsinin-vergi-sprutu-umid-mikayil-cabbarovadir http://www.mustaqil.az/2018/05/20/mikayil-cabbarov-umidimizi-dogrultmur-sahibkarlar-od-puskurdu, http://www.mustaqil.az/2018/06/11/fazil-məmmədov-və-mikayil-cabbarovun-vergilər-nazirliyi-kohnə-hamam-kohnə-tas) adı çəkilən nazirliyin barəsində bəhs etdiyimiz vergi idarəsində baş verən hadisələr, əslində, böyük bir mafiyanın planlı şəkildə həyata keçirdiyi aksiya olduğu bildirilirdi. Bildiyiniz kimi, belə iddia irəli sürməyə şikayətçilərin dediklərinə əsaslanaraq yazilmışdı.

 Tükürpədici faktlar

Onu da əlavə etmişdik ki, hər keçən gün redaksiyamıza tükürpədici faktlar daxil olmaqda davam edir. Bizimlə əlaqə saxlayan iş adamları və idarənin əməkdaşlarının gəldiyi qənaət budur ki, təkcə 6 saylı ƏVİ deyil,  ümumiyyətlə, Respublikanın vergi sistemi belə qurulub. Əgər bu mühüm dövlət strukturunda  əsaslı dəyişiklik aparılmasa, yaxşılığa doğru nəyəsə nail olmaq müşkül məsələyə çevriləcək. Bunun səbəblərindən biri  də odur ki, ölkə başçısına ünvanlanan məlumatlar ya gedib Prezidentə çatmır, ya da gizli və həris qüvvələr yazılanların, deyilənlərin yalan olduğunu birinci şəxsə inandırmağa çalışırlar.

Hadisələrin gedişi onu göstərir ki, 6 saylı ƏVİ haqda deyilənlər heç də yanlış deyil. Məsələn, yerlərdə olan əməkdaşımızın özünün müşahidələri, həmçinin şikayət məktublarında yazılanların mahiyyəti vergi siyasətində doğurdanda da boşluqların olduğundan xəbər verir. Əks təqdirdə sahibkarlara qarşı idarənin səlib yürüşü olmaz, dövlətin büdcəsinə kifayət qədər vəsait toplanardı.

 Təsirli məktub

Elə redaksiyamız vasitəsi ilə ölkə başçısı və Birinci xanım Mehriban xanım Əliyevaya ünvanlanan şikayət məktublarında da bütün bunlar xüsusi olaraq vurğulanır.

Prezident İlham Əliyevə ünvanlanan 1-ci şikayət məktubunda deyildiyi kimi, Birinci vitse-prezident Mehriban Xanım Əliyevaya olunan şikayətdə də Vergilər Nazirliyinin 6 saylı ƏVİ-də baş verənlərin hər birinin ayrıca cinayət tərkibli əməl olduğu vurğulanır.

Redaksiyamızın elektron ünvanına daxil olan məktubda deyilir:

“Çox hörmətli Mehriban xanım!

Cənab Prezidentin ölkənin bütün qlobal məsələlərinə şəxsən nəzarət etməsi, həm siyasi, həm də iqtisadi cəhətdən Azərbaycanın regionda lider bir dövlətə çevrilmişdir. Bu həm də , başda Siz olmaqla komandası üzvlərinin zəhməti hesabınadır. Bunu hər kəs bilir. Ordumuzun son illərdə əldə etdiyi qələbələr isə üzdəniraq qonşularımızın tez bir zamanda məğlubiyyətə düçar olacağı, iqtisadiyyatında tənəzülə uğrayacağı və işğal olunan torpaqlardan rədd olub gedəcəklərindən xəbər verir.

Çox hörmətli Mehriban xanım, bütün bunlarla yanaşı təəssüf ki, içərimizdə çirkin əməlləri ilə Prezidentin və Sizin etdiklərinizin üstünə kölgə salmağa çalışan ünsürlərə də rast gəinir”.

 Kölgə salanlar…

Ekektron məktubda xüsusi olaraq Vergilər Nazirliyinin ayrı-ayrı strukturlarının qara əməllərindən də bəhs olunur:

“Təsadüfi deyil ki, dəfələrlə müraciət etsək də əlaqədar təşkilatlar Vergilər Nazirliyinin 6 saylı ƏVİ-də baş verənlərə göz yumur, İdarənin rəisi Ədalət Fərəcovun, müavin “Akula” ləqəbi ilə Respublikada ad çxarmış idarənin rəis müavini Namiq Bağırovun, bölmə rəhbərləri Bəhruz Heydərov, Valeh Əliyev, Nazim Tağıyev, Rauf İsgəndərov, Əli Babayev və digərlərinin əməllərinə göz yumubşlar və onların çapqınçlığına şərait yaradıblar.

Adlarını çəkdiyimiz vergi məmurları sahibkarlarla, iş adamları, fermerlərlə separat danışıqlara gedir, onların dövriyyələrini azaltmaqla büdcəyə köçürüləcək vəsaiti minumuma qədər endirir, əvəzində isə şəxsi büdcələrini şişirdirlər. Belə olmasaydı adlarını çəkdiyimiz vergi məmurlarının Bakıda və Respublikanın cənub bölgəsində onlarla obyekti, daşınmaz mülkləri olmazdı. Axı, bir məmur maaşı ilə bu cür varidata sahib olmağın qeyri-mümkün olduğunu hər kəs yaxşı bilir. Hüquq mühafizə orqanlarının, Respublika Prakurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin səlahiyyətliləri isə, deyəsən, ya hər kəsin bildiklərindən xəbərsizdir, ya da əvvəllər qeyd etdiyimiz, yazdığımız kimi, maraqlarının təminatına görə bu olaylara göz yumurlar”.

 İyrənc əməllər

Elektron məktubda daha sonra qeyd olunur ki, onlar söz düşdükdə iyrənc əməllərini digərlərinin havadar olmasını da göstərməkdən çəkinmirlər:

“Çox hörmətli Mehriban xanım!

Ədalət Fərəcov və onun Respublikanın Cənub Bölgəsinə “səpələdyi” əməkdaşları bəzən etdikləri cinayətə haqq qazandırmaq üçün Sizin rəhbəri olduğunuz, yarandığı gündən bu günə qədər xeyirxahlıqla məşğul olan Heydər Əliyev Fondunun da adından istifadə edirlər. Çəkinmədən toplanan vəsaitin hamısının H. Əliyev Fondunun hesabına köçürüldüyünü deməklə, əslində ölkənin və yaxın regionun ən böyük xeyriyyəçi Fondu olan bir təşkilata qara da yaxırlar”.

Sonda iş adaları Mehriban xanım Əliyevadan kömək istəyirlər:

“Çox istərdik ki, Siz bütün bu biabırçılıqlara son qoyulması üçün əlaqədar təşkilatlara göstəriş verərdiniz.

Yaxşı olardı ki, bütün sahibkarlara, iş adamlarına eyni şərait yaradılsın. Bir sözlə, bu canilərlə sövdələşməyənlərin təşkilatlarına, ticarət mərkəzlərinə, obyektlərinə qeyri-qanuni yoxlamalar göndərib işlərini iflic edilməsin”…

P.S: Müstəqil.Az adları keçən şəxslərin fikirlərini də dərc etməyə hazırdır!

Ötgün