Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb.

Müstəqil.az xəbər verir ki, K. Tsixelaşvili görüşdə Gürcüstanda yaşayan etnik azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası istiqamətində həyata keçirilən dövlət proqramı və layihələri barədə məlumat verib.

Dövlət naziri Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində milli azlıqlar üçün dövlət proqramları barədə məlumatlandırma kampaniyasına başlandığını diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin aparatı ilə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.