Kaliforniyada Realbotix şirkəti qadınları yalnız seksuallıq baxımından deyil, bir çox cəhətdən xoşbəxt edəcək  və süni zəkaya malik ilk kişi seks robotu Henrini tezliklə bazara çıxarmağa hazırlaşır.
 Realbotix şirkətinin rəsmiləri “cinsi çıxışa malik olan Henri adlı kişi seks robot son toxunuşları edir. 1.82 boyundakı bu kişi seks robotu süni zəka sayəsində romantik cümlələr də qura bilir.”
 Henrini sifariş edən müştərilər, öz robotlarını bir çox variantlarda istəyə bilər. Bundan başqa, Henrinin silikon penisinə də  özləri qərar verə bilər.
 Bir seks tərəfdaşından daha çox olacağı vədilə satılan Henri robotlarının qiymət 11.000-15.600 dollar arasında dəyişir.
 Realbotix şirkətinin rəsmiləri, əzələli, ecazkar bir bədəni olan Henrinin bədəninin aşağı hissəsində hər şeyin problemsiz işlədiyini deyir və kişi robotun, yaxşı zarafatlar edə bildiyini, hətta “Sevgilim zibili çölə çıxarım?” kimi cümlələr quraraq düşüncəli də davrana biləcəyini qeyd ediblər.
Süni zəkası üzərində işlərin hələ də davam etdiyi Henri həmçinin, mimikasını inkişaf etdirir və göz təması qura bilir. Henrini satın alanlar, robot üçün elf qulaqları, ya da vampir dişləri sifariş etdikləri kimi bədənindəki tüklərin şəklinə və sıxlığına da özləri qərar verə bilir.
 Realbotix-in İcraçı Direktoru Matt Mcmullen, şirkətinin istehsal etdiyi seks robotlarının yalnız eyş-işrət üçün olmadığını, bu robotların, sevgilisi olmayan insanlar üçün yeni bir ümid olduğunu qeyd  edir.
 Mcmullen həmçinin, “Henri  (süni zəkası inkişaf etdikcə) gününüzün necə keçdiyini danışacaq, ümidlərini və qorxu hisslərinizi bilib sizi qucaqlayacaq, sizi sevəcək və sizinlə görüşəcək” deyə bildirib.