“Gömrük məntəqəsində yaranan sıxlığın aradan qaldırılması üçün sənədləşmənin minimuma endirilməsinə çalışırıq”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Gömrük Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Sənan Muxtarov deyib.

O bildirib ki, sərhəd keçid məntəqələrində sıxlığın qarşısının alınması istiqamətində yeniliklər davam edir:

“Qanvericilik bütün istiqamətlərdə daha da təkmilləşdirilməlidir. Gömrük orqanlarında bu istiqamətdə müxtəlif yeni təkliflər hazırlanıb Gömrük orqanlarında ixrac sahəsində potensialı artırmaq məqsədilə sənədləşmə işləri daha da sadələşdirilib”.