Nikola Paşinyan baş nazir seçildikdən sonra Qarabağa səfər edib. O, beynəlxalq jurnalistlərin qarşısında bəyan edərək Bildirib ki, buranın ağası bizik, tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib. Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik? “Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı 100 il belə olmağı arzulayırıq.”- deyib.

Müstəqil.Az tanınmış imza sahibləri arasında sorğu keçirib:Sizcə onun dediklərində həqiqət var? Ermənilərlə müqayisədə biz qorxaq dövlətik? Belə deyilsə niyə torpaqlarımızı azad edə bilmirik?

 

“…Qələt eləyir”

 Yazıçı Pərviz Cəbrayıl: Paşinyanın bu sözləri o qədər pafoslu və cəfəngdir ki, adamın, qələt eləyir, deməkdən başqa yolu qalmır. Ölmədik, qorxaq, cürətli dövlət ifadəsini də eşitdik. Siyasət adamları hətta belə sarsaqlığa da məcbur edir…

“İt qaya kölgəsində yatıb”

Tənqidçi Əsəd Cahangir: Paşinyanın bu sözləri ənənəvi erməni həyasızlığından başqa bir şey deyil. İt qaya kölgəsində yatıb, elə bilir ki öz kölgəsidir. Ermənilərə də bu dırnaqarası cəsarəti verən Rusiyadır. Əgər Rusiyanın dəstəyi olmasa, Azərbaycan ordusu Qarabağ problemini bir aya həll edə bilər. Aprel döyüşləri bunu gözəl sübut etdi.

“Azərbaycan Rusiyanın ətəyindən tutub…”

Jurnalist Tapdıq Abbas: Cavabım qısa və netdir. Azərbaycan Rusiyanın ətəyindən tutub onun “qardaşlığı, dostluğu” və tövsüiyyəsi ilə, indiki kimi, nə qədər oturb-duracaqsa, münaqişənin beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın xeyirinə həll edilməsi mümkün olmayacaq. Ərazisi Rusiya tərəfindən işğal olunmuş və Azərbaycanla eyni durumda olan Ükrayna və Gürücüstana baxın. Onlar Rusiyadan qopdular, ərazilırini itirdilər, amma güclü müttəfiqlər qazanıb Avropanın tərkib hissəsinə çevrildilər. Yəni itirdikləri ilə müqayisədə çox şey qazandılar. Azərbaycan isə hən 20 faiz ərazisini, həm küllu miqdarda sərvətlərini itirdi və həm də heç nə də qazanmadı -nə torpaqlar azad olundu, nə də güclü beynəlxalq müttəfiqlər qazandı. Ona görə də erməni dığası çox arxayın halda və sevinə-sevinə jurnalistlər qarşısına çıxıb Azərbaycana həqarət və rişxənd edir!

“Rusiya ortadan çəkilsə, o ərazidə erməni dövləti adlı bir şey qalmaz”

Yazıçı Nəriman Əbdülrəhmanlı:  Heç şübhəsiz, Paşinyanın söylədiyi iyrənc riyakarlıqdan başqa bir şey deyil. O, özü də çox gözəl bilir ki, baş nazir postunu zorakılıqla ələ keçirdiyi İndi Ermənistan adlı dövlət Rusiya İmperiyasının türklərə qarşı yaratdığı oyuncaq bir qurumdur. O vaxt da, sovet dövründə də, indi də Ermənistanın sərbəst siyasəti olmayıb, hər şeyi ağalarının xeyir-duasıyla eləyiblər. Mən əminəm ki, məsələ Azərbaycana qalsa, yəni Rusiya ortadan çəkilsə, o ərazidə erməni dövləti adlı bir şey qalmaz. Sadəcə Rusiyanın Gürcüstan, Moldova, Ukrayna siyasəti regionda da qalır. Buna görə də Paşinyanın söylədiyi arxalı köpəyin hürüşündən başqa bir şey deyil.

“Ermənilər yalvara-yalvara torpaqları geri qaytarar”

Jurnalist-siyasətçi Azər Həsrət: Paşinyan sadəcə ictimai rəylə manipulyasiya etməyə cəhd göstərir. Azərbaycan, təbii ki, qorxaq deyil. Sadəcə Ermənistanın sahibinin kimliyini nəzərə alır. Meydanda təkə tək qalsaq ermənilər yalvara-yalvara torpaqları geri qaytarar.

“Biz qorxaq xalq deyilik, qərarsız millətik…”

Şair Faiq Hüseynbəyli: Torpaqların azad olunmaması məsələsi bir az mücərrəd məsələdir. Biz sabitliyi sevən xalqıq və son prezident seçkilərində bir daha sabitliyə səs verərək, bu münaqişəni sülh xülyalarına bağladıq. Biz qorxaq xalq deyilik, sadəcə çox qərarsız millətik. “Az aşım, ağrımaz başım” prinsip və ideyalarını əsas götürüb yaşayan toplumla Qarabağ almaq olmaz. Qarabağı sülh yolu ilə almaq üçün bir millət olaraq intellekt səviyyəmiz inkişaf etməlidir, təhsilimiz normal qaydaya düşməlidir. Fin ölkəsində müəllim 3500 yevro maaş alır. Bizdə, kənd yerlərində müəllim dolansın deyə, rus dili fənnini coğrafiya müəllimi tədris edir. Bu məsələnin birinci sülh tərəfi. Hərbi yöndən isə, bircə ay bəs edər o torpaqlardan erməniləri çıxarmağa. Çıxarmaq azdır, hətta, ermənistan torpaqlarını da işğal edib onlardan gələn təklifləri gözləməliyik. Amma bir şərtlə. O şərtlə ki, əvvəlcə içərimizdə olan ermənilərdən arınmaq, təmizlənmək lazımdır. İrəli gedəndə, arxadan xəyanətə uğramayacağından sığortalanmalısan. Bu qədər bəsit. Dünyada erməni kimi yaltaq və qorxaq ikinci millət yoxdur. Bunu dünya səviyyəli yazıçıların da əsərlərindən görürük. Dünyanın ilk fahişələrinə məğlubiyyətimizin nə vaxtsa qələbəyə çeviriləcəyinə inanıram.

Ötgün