Və yaxud məktəblərdə niyə manqurt istehsal edilir

Mətbuat yeni təyin olunan təhsil nazirinə “tırkanı” nətəri verdisə, o da ağına-bozuna baxmadan 189-190 saylı məktəbin müəlliməsini nəyinki işdən qovdu, ümumilikdə müəllimlikdən uzaq etdi.

Cavan, perespektivli olsada, qolu-qıçı sınmış təhsilimzdə  irəliləyiş əldə edəcəyini düşünsəkdə, məncə yenui nazirin qərarı tələm-tələsik oldu. Amma ATV Zaur bu olayla bağlı nazirdən və nazirliyin işçilərindən  fərqli olaraq obyektiv araşdırma apardı və bəzi həqiqətləri ortaya qoya bildi. Onu da deyim ki, aparıcı Zauru şəxsən tanımıram və verilişlərindən də o qədər xoşum gəlmir. Çünki teleməkanda olan bütün şou proqlamlar kimi, bunun verilişlərlərindən də manıs iyi gəlir. Ayda 1-2 bu cür peşəkar verilişi olur. Ən azından buna da şükür.

Söhbət bildiyiniz kimi 189-190 saylı məktəbdə müəllimənin ibtidai sinif şagirdini döyməsindən və ona verilən cəzadan gedir. Fikrimi davam etmək üçün bu gün sosial şəbəkədə yazdığım bir statusu bura əlavə etmək iatəyirəm.

“Məşədi demişkən bu gəlini gətirəndə bir baxın görün arvaddır, yoxsa kişi. Bir həftə bütün mətbuat orqanları 189-190 saylı məktəbin müəlliməsinin qabırğasına döşədilər ki, şagirdi döyüb şikəst edib. İşdən çıxartdırdılar, müəllimlikdən də mərhum etdirdilər. Sonda bəlli oldu ki, valideyini uşağı müəllimədən betər çırpıb. İndi də valideyini ittiham edib tirajlayırlar. Beləydisə bəs o bədbəxt müəlliməni niyə o günə qoydunuz? Yazanda bir baxın görün imama söyürsünüz, yoxsa yezidə. İndiki bəzi “psix” valideyinlərin sözlərinə niyə bu qədər ciddi yanaşırsınız. Müəllim şagirdi danlayar da, yeri gəlsə yüngülvari vurar da. Vaxtilə valideyin uşağını məktəbə gətirəndə müəllimiyə “əti sənin, sümüyü mənim” misalını işlətməsi niyə yaddan çıxardıbsınız? Döyülə-döyülə oxuyub ali təhsil alıb, insan olmadıq?

İndiki şagirdlərin gününü görmürsünüz? Məktəblərdə elə bil manqurt istehsal edilir. Əksər uşaqlar valideyinlərin günahı ucbatından nevrozdurlar. Elə valideyinlər də onlardan geri qalmır. Şikayət edən qadının sifətini, gözlərini görmürsünüz?Deməsəm olmur, bu qadın “nevrozun” lap yekəsidir. Onun və uşağının psixiatıra ehtiyacı var. Ona görə insan, ələlxüsusda müəllimlərin taleyini həll edən məsələdə bir az ciddi, ehtiyatlı olub yazmaq lazımdır”.

Bu statusumda bəzi məqamları sizinlə bölüşmək istəyirəm.

Məktəblə əlaqədar valideyin-övlad münasibəti, bir də müəllim-şagird münasibətində valideyinin müdaxiləsi.

Bilirəm, indiki cavan valideyinlər inanmayacaq. Amma yenə də deyirəm. Məni və mən yaşda olan insanları da ata əkib, ana da doğub. Biz də məktəbə getmişik. Dərs oxumayanda, şuluq salanda müəllim bizi ya bir ayaq üstə küncə qoyardı, ya da xətkeşlə əlimizin üstünə qırmızı zolaq işarəsi çəkərdi. Və kimsə də müəllimə güldən ağır söz deməzdi. Əksinə valideyin müəllimin tərəfini saxlayardı. Bu gün dediyimi hansısa müəllim etsə vallah valideyin onun dərisini boğazından çıxardar. Hələ bu azmış kimi övladını dərsə göndərəndə deyir ki, müəllim sənin üstünə qışqırsa, on qat cavabını ver. O, yəni müəllim kimdir ki, mənim uşağıma artıq söz deyə və yaxud vura. Ona görə də bu gün müəllimlər uşaqlarla tay-tuş kimi davranıb vaxtlarını yola verirlər. Sonra da deyirik niyə dərs keçmirlər. Övladını oxutdurmaq istəyən bəzi bədbəxt valideyin də  bu “psix”lərin güdazına gedir. Baxın, münasibətlər o qədər “səmimilşib” baş verənlər o həddə çatıb ki, məktəbdə şagird müəllimdən siqaret, alışqan istəyir. Vəziyyət o qədər nəzarətdən yayınıb ki, məktəbdə şagirdlər bir-birlərini zorruyur, intim münasibətdə olur. Yəni min hoqqadan çıxırlar. Hamısıda cəzasızlığın, tərbiyəsizliyin, hörmətsizliyin, savadsızlığın nəticələridir. Müəllim valideyin yanında qul statusundadır. Bir qismi, “müəllim”ə pul verib üzünə tüpürür, bir qismi də həyasızlıq edib tüpürür. Tüpürülən sifətini silən müəllimin şagird yanında hörməti olar?

Yaddaşımdan heç silinmir, biz məktəbdən evə gəlirdik, yemək yeyib dincəlməyə macal tapmamış 2-3 müəllim ardımızca içəri girərdi ki, görsünlər şagirdləri nə işlə məşğuldur. Avaraçılıq edən, dərs oxumayan uşağı elə evində, atasının-anasının yanında dalnayıb, tərbiyə verərdilər. Valideyinlər də indiki başı xarab, özündən razı, bütün günü fikri-zikri vatsapda, Facebook-da olanlardan deyildilər. Qoşulurdular müəllimlərə başımıza oyun açırdılar. Bundan sonra hünərin var oxuma. İndi ev cəhənnəm, müəllim məktəbdə uşağa söz deyə bilmir. Həm valideyinindən qorxur, həm də uşaqdan. Ona görə deyirəm, bu gün məktəblərdə bir sürü manqurt yetişir. 100 uşaqdan üçü, dördü ələ gəlməli olur. Qalanı “defektlidir”, zay məhsuldur. Və bunlardan da gələcək gözləyirik.

Şöhrət Əli