Kəndli-şəhərli qarşıdurması həmişə olub. İndi də var və gələcəkdə də olacaq. Bu qarşıdurmaya Breyn-rinqin  guya intelektli bir xanımı tərəfindən benzin tökməsi alovun heç də ətrafı bürüməsi demək deyil. Yəni xanımın dediklərini çox şişirdirik. Bu məsələ də məni başqa məqam daha çox narahat edir.

Meqapolis sayılan bütün şəhərlərdə insan sayı təbii ki, əyalətdən üz tutanların hesabına artırılır. Tələbə, fəhlə, ticarətci və sair olmaq arzusu ilə bura üz tutanların nəsil artırma qabiliyyətinidə nəzərə alsaq, azlıqda qalan və özünü şəhərli sayanları qıcıqlandırır. Məsələn İstanbul və yaxud Peterburq kimi köklü şəhərlərdə də bu məsələ bəzən bizdəki kimi qızışır. Amma bizdəki kimimi?

Bizim bəzi rusdilli “intelekt” sahiblərinin kəndli problemi əslində heç də şəhər mədəniyyətinin gələnlər tərəfindən deformasiya edilməsinə qarşı çıxması ilə əlaqədar deyil. Bu vaxtilə Rusiya imperiyasının sonralar isə sovetlərin dönəmində tətbiq edilmiş bir siyasətdir ki, hələdə bəzi başlarda bilərəkdən və yaxud bilməyərəkdən qalıb.

Yəqin ki, sovetlər dövrünün Bakısı orta və yaşlı nəslin yadındadır. Elə dövr olub ki, Azərbaycan paytaxtında qeyri-azərbaycanlıların sayı (əsasəndə ruslar və ermənilər) azərbaycanlılardan çox olub. 1990-cı ilə qədər isə Bakıda əhalinin qeyri-azərbaycanlılarla nisbətdə sayı yarı-yarıya təşkil edib. Yəni erməni və ruslar azərbaycanlılarla eyni sayda olub. Rusların və ermənilərin bizim qoltuğumuza qarpız verərək “Baku eto internasionalnıy qorod. Bakınsı eto druqoy narod” kimi terminləri yəqinki unudmuyubsunuz. Elə indinin özündə də Bakıdan gedən bəzi erməni və ruslar bu fikirləri hələ də mətbuatda səsləndirirlər. Əslində isə bu siyasət SSRİ-nin əksər müsəlman respublikalarında həyata keçirilib. Qazaxıstanın prezidenti Nursultan Nazarbayev nə qədər Rusiyanı sevsədə 40 faizdən çox rusların təşkil etdiyi Almatını paytaxt statusundan mərhum etdi. Və Qazaxıstan üçün qazaxların çoxluq təşkil etdiyi yeni paytaxt Astananı tikdirdi. Əslində bu bütün dünyada belədir. Hər bir ölkənin paytaxtı öz millətindən təşkil edilir və çoxluq onlara aiddir. Siz heç eşidibsinizmi mədəniyyətin, nə bilim demokratiyanın beşiyi olan Paris, Berlin, London, Vaşinqton  və sair paytaxtlarda əlcəzairli, qara dərili afrikalı və yaxud suriyalı yerli əhalidən çoxdur. Milyonlarla insan Avropa ölkələrinə və ABŞ-a mühacir edir. Bəs niyə yerləşdirmirlər paytaxtlarına? Etmirlər çünki yerli əhali ilə nisbətdə demoqrafik dizbalansı pozmurlar.  Çar və sovet dönəmində isə pozurdular. Əsasəndə müsəlman respublikalarında. Şəhərdə yaşayan insanlara da rus dilinin mədəniyyət etalonu olduğunu beyinlərinə yeridib əyalətdən gələnlərə yuxarıdan aşağı baxmağı aşılıyırdılar. Bizim bəzi şəhərli qardaş-baclarımız isə anlamırdı ki, bütün dillərin nümayəndələrində də mədənisi və qeyri-mədənisi var. Əyalətdən gələn insanları aşağılayaraq “çuşka” dediyiniz sözün sahibi elə ruslar deyilmi. Bu baxımdan bizdə rus, ingilis, fransız dilində danışıb özünü mədəni, şəhərli sayıb əyalətdən gələnləri aşağılamaq məişət xarakterli deyil. Bu cür düşünən insanların ailəsində, nəslində qalıb rusların tətbiq etdiyi anti-kəndli əqidəsi. Onlar fikirləşirlər ki, şəhərdə əyalətdən gələn yox, “mədəni” saydıqları erməni, rus hal-hazırda da ingilis, fransız hətta murdarlıqları ilə ad çıxardan ərərbləri belə daha çox olmalıdırkı həmin kəslər özlərini doğurdan əsil “şəhərli” hiss etsinlər.