Zərdab rayon mərkəzində, yerli sakinlər arasında “posyolka” deyilən ərazidə yaşayan bir qrup ailə çıxılmaz vəziyyətdə qalıb. Artıq 13 ildir ki, 8 ailədən ibarət olan sakinlər yaşadıqları binanın qəzalı  vəziyyətdə olmasını dilə gətirib, rayon və respublika rəhbərliyindən kömək istəyirlər. Və bu 13 ildə dəfələrlə əlaqədar təşkilatlara müraciət etsələr də, səsləri havada donub qalıb; onları eşidən, dərdlərinə məlhəm qoyub, problemlərini həll edən kimsə tapılmır ki, tapılmır.

Bu haqda Müstəqil.Az-a qəzalı vəziyyətdə olan tikilidə yaşamağaa məhkum olunmuş sakinlərin özləri məlumat verib.

Vaxtı ilə Zərdabın Füzuli küçəsində köhnə finiski evlərdə yaşayan bu sakinlərin vaxtı ilə rayona rəhbərlik edən Mənsur Məmmədov tərəfindən başlarına gətirilən müsübət az qala Kərbala müsübəti kimin yaşanmaqdadır. İndilərdə adına “SU 21 qəsəbəsi” deyilən köhnə inzibati binada yerləşdirilən sakinlərin faciəsi 2005-ci ildə başlayıb.

Sakinlər o vaxtlar Zərdab Rayon İcra Hakimiyyətinin başçısı olan Mənsur Məmmədovun onların faciəsinə necə start verməsini belə xatırlayırlar:

-Yaşadığımız finiski evdən bizləri az qala deportasiya edirlərmiş kimi çıxartdılar. Binanı satdılar özəl bir firmaya. Bu firmanın elə İcra Başçısına məxsus olmasını da deyənlər az olmadı. Bizi əvvələr hansısa idarənin inzibati biası olmuşköhnə, iki mərtənəli bir tikiliyə köçürtdülər. Hər şey ildırım sürəti ilə oldu. Bir ay ərzində indi yaşadığımız ikimərtəbəli köhnə tikili giya ki, təmir olundu. Divarlara əhəng çəkildi, emosiya ilə rəngləndi və zorla bizi orada yerləşdirdilər. Elə həmin bir ayın içində də əvvəllər yaşadığımız köhnə finiski evlər söküldü, yerində market, iaşə obyektləri və evlər tikildi. Bu söküntü ilə də bir vaxtlar ağır da olsa yaşadığımız, lakin suyu, istiliyi, ayaqyolusu olan şəraitimiz də yoxa çıxdı, xəyyallarımızda o günləriizin həsrətini çəkdik.  Artıq illərdir ki, yeni ünvanda abrımıza qısıla-qısıla yaşayırıq. Normal ayaqyolus, istiliyi, suyu olmayan şəraitdə ölmək də istəmirik. Axı ölünü də urvatla yola salamalıdırlar, belə bir şərait isə burada yoxdur. Bu qədər adam vaxtı ilə idarə olmuş bi tikilinin bir ayaqyolusundan istifad edir. Ayaqyolunun qarşısında tıxacı təsəvvür etmək sizə çətin olmaz”.

Sakinlər rayonun indiki İcra başçısı Lütvəli Babayevə də dəfələrlə üz tutublar, dərdlərini deyiblər. Lakin İqtisadiyyat üzrə fəlsəfə doktoru olan İcra Başçısının başı özünün iqtisadi maraqlarına qarışdığından, rəhbərlik etdiyi rayonun sakinlərinin maraqlarına o qədər də maraq göstərmir. O, sakinlərlə hər görüşündə fəksəfi gedişlər edib, hər şeyin yaxşı olacağını deməklə kifayətlənib. Bəs hər şeyin yaxşı olacağı vaxt nə vaxt olacaq, sualını verənlərə isə Lütvəli müəllim lütfünü əskik edin, heç bir söz deməyib.
Sakinlər deyir ki, bizdən xəbərsiz seçki qutularından səsimizi çıxarıb adına yazdıqları deputatımızın da bu məsələdən xəbəri var. Dəfələrlə yazılı və şifahi müraciətlər etsək də Jalə xanım Əliyevanın da halımıza qaldığını heç görmədik. Ara – sıra rayona gəlib-gedən deputat xanımın bu səfərləri görüntü xarakterlidir. Hər kəsin öz marağı, öz biznesi var, bizlər yada düşmürük, deyə sakinlər gileylərini bildirir.
Sakinlər ümüd edir və hadisələri qabaqlayaraq sevinirlər   ki, ölkənin birinci xanımı, Respublikanın 1-ci vitse-prezidenti, H. Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı nə vaxtsa bu insanların səfalət və şəraitsizlik içərisində yaşaması haqda xəbərdadar edə biləcəklər:
“Biz Prezidentimizə, onun xanımı və yaxın silahdaşı Mehriban xanıma inanırıq. İnanırıq ki, onlar xəbər tutsalar, bizi bu bataqlıqdan xilas edəcəklər”.

Yeməkdən ümüd yaxşıdır, deyib, atalar. Ülə ümüdün də sonda öldüyü haqda deyim bu məqamda özünü dorultmaqda. Sakinlər ümüd edir və o üfunətdə ölməməl üçün Bakıda və elə Zərdabın özündə kirayə evlərdə yaşayırlar.
Növbəti prezident seçkilərinə az qalıb. Sakinlər güman edir ki, bu semkiyə qədər onların yaşam tərzində nəsə dəyişiklik edilə bilər. Əgər Rayon rəhbərliyi onların problemləri ilə maraqlansa…
Müstəqil.Az

Olayı gündəmdə saxlayacağıq