Tacikistanın prezidentinin bayram tədbirindəki rəqsi…-VİDEO

Müstəqil.Az zakon.kz saytına istinadən xəbər verir ki,  25 martda Düşənbədə Novruz bayramına həsr olunmuş səhnələşdirilmiş tamaşa göstərilib.
Bayram tədbirində Tacikistanın prezidenti İmomali Rahmon və Düşənbənin meri Rustam İmomali də iştirak edib.
Əvvəlki illərin bayramlarından fərqli olaraq, tədbirə kütləvi çıxışlar üçün çox iştirakçı dəvət edilməyib, əsasən tələbələr iştirak edib. Bayramı qeyd etməyin vaxtı da qısaldılıb: cəmi 2 saat:19.00-dan 21.00-dək.
Bütün gecəni projektorların və rəngbərəng lazer şüalarının altında məşhur müğənnilər, rəqs kollektivləri, sirk artistləri, gimnastlar çıxış ediblər.
Dövlət başçısının özü də böyük bayramdan kənarda qalmayıb: tamaşaçıların alqışları altında İmomali Rahmon oynaq xalq melodiyaları ilə rəqs edib.

mersin escort