Azərbaycan kommunisti Qorbaçova Satqın və alçaq dedi

Qorbaçov bütövlükdə SSRİ Xalq Deputatları Sovetini aldadaraq prezident olub.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov Qorbaçovun prezident seçildiyi gün haqda danışarkən deyib.

O, Qorbaçovu imperialist dairələrin adamı hesab etdiyini deyib:

“15 mart tarixi sadə sovet zəhmətkeşləri üçün tarixin qara səhifəsidir. Satqın və alçaq Qorbaçov SSRİ xalq deputatlarının növbədənkənar 3-cü qurultayının aldadılmış nümayəndələri tərəfindən SSRİ-nin ilk prezidenti seçilib. İmperialist dairələrin adamı olan Mixail Qorbaçovun sovet xalqına xəyanəti SSRİ-nin dağılmasına səbəb olub”.

Xatırladaq ki, Bu gün SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Sergeyeviç Qorbaçovun SSRİ prezidenti seçildiyi gündür.

1990-cı ilin 15 martında SSRİ Xalq Deputatları Sovetinin növbədənkənar qurultayında Qorbaçov SSRİ-nin ilk prezidenti seçilib.

Buna qədər isə Qorbaçov SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində olub. O, bu vəzifəni 1985-ci ildən 1990-cı ilin 15 martına qədər icra edib. 1990-cı ilin 15 martında isə SSRİ prezidenti seçilib.

Müəllif: Cavad

mersin escort