“Amerika generalları özlərinin güclü strateji sualtı qayıqları haqqında lovğa-lovğa danışa bilərlər, amma zərbəni vurmağa heç vaxt cürət etməyəcəklər”.

Müstəqil.Az  xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Con Haytenin bəyanatını şərh edən hərbi ekspert Viktor Litovkin “Ulduz” telekanalına açıqlamasında deyib.

Rusiya hərbi eksperti Amerika generalının bəyanatını amerikalıların lovğalının tipik nümayişi adlandırıb.

Amerikanın strateji sualtı gəmilərinin harada olduğunu dəqiq bilmirik. Amma onların patrul xidməti apardığı rayonu təxminən təqdim edirik. Və, əlbəttə, onlar ölkəmizə ciddi zərər vura bilərlər. Amma cavab zərbəsi Kanada və Meksika arasında kanal qazacaq. Bunu Amerika generalları, admirallar və Birləşmiş Ştatların rəhbərləri anlamalıdır. Onlar sözsüz ki, Rusiyaya zərbə vurmağa cürət etməyəcəklər”, – Litovkin qeyd edib.

Daha əvvəl Con Hayten bildirib ki, ABŞ Rusiyanın istənilən hücumuna cavab verə bilər.

“Biz bütün təhdidlərə cavab verməyə hazırıq və heç kim bundan şübhə etməməlidir. Rusiya ABŞ-a kütləvi hücumdan başqa heç nə edə bilməz. Onlar hələ də bilmirlər ki, bizim sualtı qayıqlarımız harada yerləşir. Bu sualtı gəmilər onların ölkəsini məhv etməyə qadirdi”, – deyə o bildirib. (publika)