Real TV bu həftə ərzində fəaliyyətə başlayacaq.

Bu barədə Report-a Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Real TV-nin “Azərspeys”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq.

Xatırladaq ki, Şuranın martın 5-də keçirilən iclasının qərarına əsasən, Real Təhlil İnformasiya Mərkəzi MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı Real TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.

Müstəqil.Az