Azrbaycanlı kikboksçu Hollandiyada kamerunlu rəqibinə qalib gəlib

Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib.

İdmançımız “Glory” seriyasında təşkil olunan yarışda qüvvəsini sınayıb.

O, Hollandiyanın Rotterdam şəhərində təşkil olunan “Glory51” turniri çərçivəsində kamerunlu Sedrik Doumbe ilə üz-üzə gəlib. Yarımorta çəki dərəcəsində baş tutan 3 raundluq döyüşün qalibi hakimlərin rəyi ilə müəyyənləşib. A.Nəbiyev yekunda 2:1 hesabı ilə qalib gəlib.

Bu, Nəbiyevin “Glory” seriyasında keçirdiyi 3-cü döyüşdə 3-cü qələbəsidir.

Müstəqil.Az

mersin escort