Qan durulması üçün dərman içdi,mədəsi deşildi,əməliyyat olundu…

Azərbaycan Tibb Universitetində 81 yaşlı ağır xəstənin mədəsindəki perifriotrik dəlik uğurla tikilib.
ATU-nun mətbuat xidmətindən  verilən məlumata görə, III cərrahi xəstəliklər kafedrasında ağır xəstə üzərində 3 saat davam edən əməliyyat uğurla başa çatıb. Əməliyyatı icra edən III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalovun sözlərinə görə, 81 yaşlı xəstə ağır peritonitdən əziyyət çəkirmiş: “Xəstə 5 il öncə xəstəxanaların birində açıq ürək əməliyyatı keçirib. 10 gün öncə əməliyyat olunduğu klinikaya müraciət edərək, qarın nahiyyəsində ağrılardan şikayət edib. 3 gün xəstə ağır vəziyyətdə saxlanılıb. Belə ki, 81 yaşlı kişi ağır peritonitdən, yəni mədə xorasının deşilməsindən əziyyət çəkirmiş. Bu xəstə qanın durulaşması üçün dərmanlar qəbul etdiyinə görə medikamentoz perforasiya baş verib – mədəsi deşilib”.
Doktor Fariz Camalovun bildirdiyinə görə, xəstə pnevmoniya, ürək-damar çatışmamazlığı xəstəliklərindən əziyyət çəkdiyi üçün həkimlərin diqqəti əsas patologiyadan yayınıb. Həkimlər onun yalnız ürək və ağciyər sistemini müalicə ediblər: “Vəziyyəti gün-gündən ağırlaşan xəstə, sidik ləngiməsi, təngnəfəslik, qarında kəskin ağrılar səbəbi ilə bizə müraciət etdi. Ətraflı müayinələr zamanı xəstədə “yayılmış peritonit” aşkarlandı. Xəstəni Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürtdük. Qısamüddətli əməliyyatönü hazırlıqdan – sidik alındıqan, infuziya olunduqdan sonra xəstəni əməliyyat etdik. Əməliyyat zamanı qarın boşluğundan 6 litrə yaxın irin, maye fibrin ərpləri xaric olundu. Həmin mədə nahiyyəsində olan perifriotrik dəlik tikildi”.
F. Camalov deyir ki, ağır cərrahiyyə əməliyyatından 3 gün keçməsinə baxmayaraq, xəstənin halı həkimləri tam qane edir:
“Xəstə əməliyyatdan 4 saat sonra süni nəfəs aparatından ayrılıb. Onu da qeyd edim ki, kardioloqların xəstənin vəziyyətinin ağır olması, əməliyyat edilməməsi ilə bağlı tərəddüdü, təkidi var idi. Amma xəstədə peritonit olduğuna görə, həyati göstərişləri bu əməliyyatı vacib bildiyinə görə, biz onu əməliyyat etdik. Əməliyyat 3 saat davam etdi və çox yaxşı nəticələndi”.

mersin escort