Alimlərin yeni kəşfi..Süni göz yaradıldı

ABŞ-ın Harvard Universitetinin bir qrup mütəxəssisi elektron idarə olunan süni göz yaradıb.

Trend-in məlumatına görə, süni göz kvadrat metalinza, polimer və elektrodlardan ibarət süni əzələdən ibarətdir.

Qeyd olunur ki, süni göz insan gözünün işləmə prinsipi əsasında işləyir. Linzanın sıxılması və açılması nəticəsində fokus yönəlir və göz obyektləri ayırd edə bilir.

Süni göz astiqmatizm kimi görmə çatışmazlıqlarını korrektə etmək qabiliyyətindədir. Alimlərin fikincə, bu cür gözlər təkcə oftalmologiyada yox, həmçinin, mikroskoplarda və virtual reallıq gözlüklərində istifadə oluna bilər.

mersin escort