Türkiyə Təhlükəsizlik xidməti rəsmiləri və PYD-dən verilən məlumata görə  Kürd Demokratik Birlik (PYD) partiyasının keçmiş lideri Salih Müslim Çexiyanın paytaxtı Praqada həbs olunub. Partiya yoldaşları onun saxlanılmasını təsdiq edir, lakin Türkiyəyə verilib-verilməyəcəyi haqda məlumatsız olduqlarını bildirirlər.

Məlum olduğu kimi Türkiyə haqlı olaraq Suriyadakı  PYD-ni və onun hərbi qanadı olan Kürd Xalq Müdafiə Birliyini (YPG)  gadağan olunmuş Kürdistan Fəhlə Partiyası (PKK) ilə əlaqədə olan terror qrupu kimi tanıyır. PKK və onun müxtəlif region ölkələrindəki qolları uzun illərdir ki, Türkiyə dövlətinə qarşı qanlı müharibə aparır və on minlərlə dinc sakinin ölümünə səbəb olmuşdur. Buna görə də Türkiyə Respublikası PKK ilə birlikdə olan və Türkiyə ərazisində iğtişaş və terror törətməkdə təqsirli bilinən bütün şəxsləri interpol vasitəsi ilə axtarışa verir. Salih Muslim də Türkiyənin tələbi üzərinə Çex Respublikasının paytaxtı Praqada həbs olunmuşdur.

Türkiyə Daxili İşlər Nazirliyi Salih Muslimi axtarışda olan terroristlər siyahisinə salmış və onun tutulması üçün 1 milyon dollar mükafat ayırmışdır.

Anadolu agentliyinin verdiyi məlumata görə Müslim Çexiyada məhkəmə qarşısına çıxarılacaq və bundan sonra onun Türkiyəyə verilib-verilməməsi məsələsi həll olunaçaq.

Çexiyanın hüquq mühafizə orqanları Türkiyədən Müslimin ekstradisiyası üçün lazım olan materialları təqdim etməyi xahiş etmişlər.

Türkiyə tərəfi ekstradisiya üçün tələb olunan materialları təqdim etmişdir. Bəkir Bozdoğanın bəyanatına görə orada Salih Muslimin günahlarını sübut edən yetərincə dəlillər var. Məlumata görə bazar ertəsi Muslim Praqada hakim qarşısına çıxarılacaq. “ Türkiyə terrorist qrupa rəhbərlik edən və hələ də Türkiyəyə qarşı aktiv terror  fəaliyyəti göstərən Salih Müslimin iki ölkə arasında mövcud olan leqal tələbnamə çərçivəsində ekstradisiyasını gözləyir ”- Bozdağ bildirmişdir.

Çexiyanın yetkililəri Salih Müslimin istintaq altında saxlanılması və ya onun Türkiyəyə təhvil edilməsi məsələsində qərar qəbul etməlidirlər.

Salih Muslimə qarşı irəli sürülən ittihamlar.

Anadolu İnformasiya Agentliyinin verdiyi məlumata görə Ali Məhkəmə tərəfindən  Müslimin əleyhinə 2016-cı ildə Ankarada törədilən dəhşətlə terror aktının təşkilatçılığı ittihamı irəli sürülmüşdür.

Ona qarşı ittihamda həmçinin, milli birlik və təhlükəsizliyə ziyan vurmaq, qəsdən adam öldürmə, dövlət mülkiyyətini dağıtma və təhlükəli maddələrin daşınması üzrə də ittiham irəli sürülür.

2016-cö ilin mart ayında Ankaranın mərkəzində məşhur alış-veriş mərkəzində avtomobildə yerləşdirilmiş partlayıcının işə salınması zamanı 37 şəxs həyatını itirmiş, onlarla adam yaralanmışdı.

Məhkəmə Müslimin həbs edilməsi üçün qərar çıxarmış və İnterpoldan onun haqqında qırmızı xəbərdarlıq çıxarmasını xahiş etmişdi.

Qeyd olunduğu kimi Muslimin Türkiyəyə verilib-verilməyəcəyi sual altındadır. Amma faktın özü –Türkiyənin tələbi əsasında Kürd liderin həbsxanaya atılması Türkiyə baxımından çox əhəmiyyətlidir. Bu Türkiyənin Afrində-doyüş cəbhəsində əldə etdiyi nailiyyətlərin siyasi yolla da möhkəmləndirməsi qətiyyətindən xəbər verir. Onun Türkiyəyə təhvil verilməsi isə Türkiyənin qələbəsi hesab olunacaq.

Çexiyadan Müslimin alınması isə düşünürəm ki, Türk hakimiyyətinin bacara biləcəyi bir missiyadır. Çexiya  Amerika deyil, Müslim də Fətullah Gülən.

Çexiyanın Türkiyənin tələbi qarşısında atacağı addım da terroristlərə və terrorizmə qarşı müəyyən rol oynaya bilər.

 Əlimusa İbrahimov

Politoloq.