Yaltaqlıq, yarınmaq, məqsədinə çatmaq üçün müxtəlif dona girmək; bu xususiyyəti özündə cəmləşdirən insanlar bütün dövrlərdə olub, belələri  həmişə pislənib, onlara ikrahla yanaşıblar. Bütün sənət adamlarının, siyasətçilərin, məmurların arasında bunu özünə peşə seçənlər var. Bəs görəsən yazıçılarımızdan kimlər yaltaqlıqda ad çıxarıb? Özünün karyerasını qurmaq, ailəsini dolandırmaq, ev-eşik sahibi olmaq üçün kimin qarşısında boynunu qısmaqla istəyinə çatıb? Kimlərdən yazıblar, kimləri bada veriblər?  
Müstəqil.Az mövzunun aktuallığını nəzərə alıb bir qrup yazarımıza müraciət etdi: Sizcə hansı yazarımız yaltaqdır? Ümumiyyətlə yazıçının yaltaqlıq etməsini, başqasına yarınmağını nədən və necə başa düşmək olar? 
Yazıçı Firuz Mustafa:
 Sizin yaltaqlıqla bağlı sorğunuza cavab verməzdən əvvəl onu deyim ki, bir sıra məmləkətlərdə, o cümlədən postsovet məkanındakı ölkələrdə tez-tez bu cür və ya buna bənzər sorğular keçirilir. Məsələn, yadımdadır, bir neçə il öncə qonşu Rusiyada rejissor Sergey Mixalkov “İlin yaltağı” adlı “nominasiya”nın qalibi elan olundu. Bəs bunu necə müəyyən etmişdilər?” Ortada olan çıxışlarına və əməllərinə görə.
Yaltaqlıq haqda dünya ədəbiyyatında da çoxlu əsərlər yazılıb. Yeri gəlmişkən, mən özüm də bu barədə “Üfiqi və şaquli yaltaqlıq”, “Yaltaqlıq marofonu” və s. qələmə almışam.
İndi kiməsə yaltaq demək elə də çətin məsələ deyil. Amma kiminsə hansısa hərəkətində “yaltaqlıq tərkibi” olduğunu sübuta yetirmək bir qədər çətin məsələdir. Çünki kimə desən ki, sən yaltaqsan, səni borclu çıxara bilər, hətta üzünə qayıdıb sənin özünü yaltaqlıqda ittiham edə bilər.  Sorğunun birinci tərəfində belə bir sual qoyulub: “Sizcə hansı yazarımız yaltaqdır?” Əminəm ki, bu suala birmənalı cavab verən, konkret olaraq kiminsə adını çəkən olmayacaq. Olsa da, bu bir qədər arqumentsiz nəsnə olacaq.
Amma yaxşı ki, sualın ikinci hissəsində məsələnin çözülməsi üçün ipucu qoyulub: “Ümumiyyətlə, yazıçının yaltaqlıq etməsini, yarındığını nədən və necə başa düşmək olar? Hansı yararımız yaltaqlıqla öz karyerasını qura bilib? Doğru yanaşmadır. Elə isə indi yox, elə çoxdan gəldiyim bir qənaəti təzədən xatırlatmağım yerinə düşə bilər.
Əvvəla, “yazar” dediyimiz adamları janrlar üzrə təsnif edib şəxsləndirsək belə demək olar: əgər hansısa şairin yaradıcılığında ithaf şeirləri üstünlük təşkil edirsə və həmin poetik mədhiyyələrin qəhrəmanları vəzifəli adamlardırsasa onda həmin şairin yaltaq olması qənaətinə gəlmək olar.
İkincisi, hansı publisistin yazılarında vəzifə adamları və ya onların qohum-əqrabaları mədh edilirsə və bunun müqabilində ənam alınırsa və vəd edilirsə, həmin “yazarın” hərəkətlərində “yaltaqlıq tərkibi” aydın görünür.
Üçüncüsü, hansı yazıçı yalnız səlahiyyətli adamlar barədə hap-gopla dolu “sənədli əsərlər” yazırsa bu adamı da “yaltaqlar pleyedasına” aid etmək olar.
Dördüncüsü, hansı tənqidçi yalnız vəzifə və səlahiyyət sahibi olan qələm adamlarını, oliqarx-yazıçıları, komersant-yazıçıları, bir sözlə imkanlı yazıçıları mədh edirsə, hətta bu barədə dissertasiya yazırsa və yazdıqlarına görə ənam alırsa, asanca bilmək olur ki, bu adam “yaltaqlıq marofonunda” ilkin yer tutan adamlardandır.
Nəhayət, səlahiyyətli adamların “saqqızını oğurlayib” müəyyən imtiyaz, vəzifə, mənzil, ad-san, orden-medal, fəxri ad… alan yazıçıların da adını həmin siyahıya salmaq olar.
Yaltaqlığın dərəcələri kimi, qiymətləndirmələri də müxtəlifdir. Birinə görürsən ki, gördüyü işin müqabilində qarışqa, bir başqasına isə fil bağışlayırlar.
Bir sözlə, indi “Hansı yazarımız yaltaqdır?” sualını bir az dəyişib “Hansı yazarımız yaltaq deyildir?” şəklində ifadə etmək bəlkə də daha effektli ola bilərdi.
Hər halda belə bir suala cavab vermək çox maraqlı təsir bağışlaya bilər və bağışlayır da…
 Yazıçı Şərif Ağayarım fikrincə isə yaltaqlığın, yarınmağın klassik düsturu budur: Tənqid edə bilmədiyin adamı tərifləyirsənsə, bunun adı yaltaqlıqdır. Ad çəkməyə gərək görmürəm. Ədəbi mühitimiz o qədər böyük deyil. Hamı bir birini yaxşı tanıyır. Və yaxşı ki, tanıyır. Ədəbiyyatla ləyaqətli şəkildə məşğul olanla, onu məqsədə çevirənlərin fərqini bilməsək çətin olar.
Yazıçı Nəriman Əbdülrəhmanlı ad çəlməyin çox vaxt aparacağını dedi:

“Çox çətin sualdı. Ona görə ki, qələm adamları arasında da yaltaqlıq virusu kifayət qədər yayılıb. Ad çəkmək çox vaxt aparar. Bir deyil, beş deyil. Onsuz da sosial çəbəkələr, mətbuat kimlərin yaltaq olduğunu aşkara çıxarır. Təəssüf ki, indi abırlı adamların adını çəkmək çətin məsələyə çevrilib. Çübki belələrinin sayı azdı.
Aləmzər Sadıqqızı da yaltaqların çox olmasından gileyləndi:

 “Beləsi ha çox…mən necə ad çəkim axı…ancaq onu deyə bilərəm ki yaşadığım çətinliklərin bir adı var…mən yaltaq deyiləm… Yaltaqlıq etmədən karyera qurmaq çətindi axı…
Yaltaqların adını öyrənmək istədi:
Faiq Balabəyli