Qadının ağzından qızıl dişini də çıxardılar… – Daşkəsəndə quldurluq…

Daşkəsən rayonunda quldurluq etməkdə təqsirli bilinən Rahib Əsədov, Kamil Rzayev və Arzu İslamzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən il fevralın 14-də bir qrup şəxs Daşkəsən sakin Tamella Rzayevanın mənzilinə basqın edib. Basqınçılar onun əl-qolunu bağlayıb, barmağındakı qızıl üzüyü, cibində olan 53 manat nağd pulu və ağzındakı qızıl dişlərini quldurluq yolu ilə keçiriblər.

Daşkəsən rayon polis şöbəsi əməkdaşları Tamella Rzayevaya qarşı törədilən quldurluq cinayətinin üstünü aça bilib. Şübhəli şəxs kimi rayon sakini Rahib Əsədov, Gəncə sakinləri Arzu İslamzadə və Kamil Rzayev saxlanılıb.

İstintaqa ifadə verən Rahib Əsədov quldurluq törətmələrini etiraf edib. Ancaq əvvəllər müxtəlif maddələrlə dörd dəfə məhkumluq həyatı yaşayan Rahib Əsədov bildirib ki, Tamella Rzayevadan bir neçə ay öncə sələmə pul götürürək onun müqabilində qızıl üzük verib. Aylardır sözügedən üzüyü ala bilmədiyindən evə basqın etmək qərarına gəlib: “Mən ondan iki aylıq 270 manat alıb müqabilində bir üzük vermişdim. O üzüyün qiyməti hazırda bazarda 700-800 manatdır. 270 manat aldım, dedim ki, 300 manat verəcəyəm, sələmdir, yəni 30 manat əlavə. Vaxtında verə bilmədim. O da dedi ki, pul lazım idi, satdım”.

Əvvəllər adam öldürdüyü üçün bir dəfə məhkumluq həyatı yaşayan Arzu İslamzadə isə törətdiyi əməlini səmimi etiraf edib. O, məqsədlərinin xeyli miqdarda pul əldə etmək olduğunu deyib.

Ayağından əlilliyi olan Arzu İslamzadənin əldə etdikləri pulla ayağını müalicə etdirmək niyyəti olub: “Rahib təklif etdi ki, belə bir iş görək. Orada 70 min pul var, götürüb ayağını müalicə edib, həyatını dəyişərsən. Razılaşdım və gedib bu cinayəti elədik”.

Cinayət işi üzrə zərərçəkmiş Tamella Rzayeva qeyd edib ki, təqsirləndirilən şəxslər əvvəlcə mənzildə axtarış edib, heç nə tapmayıblar: “Biri üzümdən bərk tutdu, o birisi çöldə idi. Üzünü görmədim, sifətimi yapışqanlı lentlə bağladı. Məni hara tulladılar bilmədim. Arxa otaqlardan gələn səslər bir-birinə qarışmışdı. Barmağımdan üzüyü, cibimdən pulumu, ağzımdan qızıl dişlərimi çıxardılar”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində, hakim Dadaş İmanovun sədrlik etdiyi kollegiyada baxılır.

Növbəti proses fevralın 14-də davam edəcək.

 

Müstəqil.Az

mersin escort