Məşhur iş adamı gəmisi ilə qəza etdi,özündən xəbər yoxdur…

Bütün dünyada məşhur olan idman geyim markası “Quiksilver”in İdarə Heyətinin Başçısı Fierre Aqnes  Fransanın Bayonne kəndi yaxınlığında Atlantik okeanında yoxa çıxıb.
Müstəqil.az xarici mətbuata istinadən xəbər verir ki, Landes qubernatoru tərəfindən verilən açıqlamada onun səhər saatlarında gəmisiylə okeana çıxdığı və 09:17-də gəmisini qayaya çırpdığı bildirilib.
Artıq axtarış üçün çalışmaların başlandığı və ilk etapda 4 dəniz,2 helekopter  axtarış-xilasedici qruplarının  çalışdığı bildirilib.
54 yaşlı məşhur geyim markasının sahibi duman olması səbəbilə gec dönəcəyini bildirib və sonra onunla əlaqə tamamilə kəsilib. Fransız külək sörfü komandasının keçmiş üzvü olan Aqnes 1998-ci ildə girdiyi Quiksilver şirkətində 2005-ci ildə Avropa bölgəsi, 2014-cü ildə isə dünya üzrə İdarə Heyətinin Sədri seçilmişdi. O, bu ay verdiyi açıqlamada külək sörfü və digər idman geyimlərində ən böyük rəqibi olan Avstraliyanın “Billabonq” markasını satın alacağını söyləmişdi.

mersin escort