Güneyli millət vəkili: Türk olmağımla fəxr edirəm

Türk olduğumla fəxr edirəm.

Müstəqil.Az Axar.az -a istinad edərək xəbər verir ki, bu sözləri Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur “Amuzeş” telekanalına müsahibəsində milliyyəti ilə bağlı danışarkən deyib. O, türk millətinə mənsub olduğuna görə qürur duyduğunu bildirib.

Qazipur orta məktəbdə yaxşı oxuduğunu, lakin fars ədəbiyyatından zəif olduğuna diqqət çəkib:

“Ləhcəsi olmaq ləkəsi olmaqdan daha yaxşıdır. Həmçinin, fəxr edirəm ki, siyasətdə müstəqiləm və öz mövqeyim var. Mən əhalinin xeyiri nədirsə, onun tərəfdarıyam”.

Millət vəkili müsahibəsinin videosunu İnstaqram sosial şəbəkəsində paylaşaraq izləyicilərinin rəğbətini qazanıb.

Müstəqil.Az

mersin escort