Müğənni Günel Zeynalova türkiyəli tanınmış müğənni İbrahim Tatlısəs ilə görüşüb.

Müstəqil.Az xəbər verir ki, İ.Tatlısəsin kabab restoranına gedən müğənni İnstaqram səhifəsində ustadı ilə fotolarını paylaşıb və ürək sözlərini yazıb:

“Həyatımda həyatı mənə izah edən atam, yenidən həyatı başladan insan, tək mənim deyil, hər kəsin səsi, duyğusu, ürəyisən. Səndən ötrü necə də darıxmışdım. Nə mahnı sözləri, nə də cümlələr həsrətini ifadə etdi. Atalı-qızlı qucaqlaşaraq həsrətimizi sonlandırdıq. Mənə həyatın gözəl olduğunu dedi. Sanki heç bitməmiş kimi, heç getməmiş kimi doya-doya keçmişimizi və gələcəyimizi yad etdik. 12 yaşıma geri qayıtdım. Həyatımdakı ən böyük dəyər və hörmətimsən. Böyük qardaşım, mənəvi atamsan, səni sevirəm. Sən həmişə gül, nəşəli ol. Mənə ağlamağın belə yaraşdığını deyəndə ciyərimi dağladın. Sən həmişə bizə lazımsan”.

Müstəqil.Az