Sən qoy bu gecənin adını..- Şairin 18+ şeiri

Müstəqil.Az tanınmış şair İbrahim İlyaslının yeni şeirini təqdim edir:

***
Dilim tutulacaq mənə qalınca,
Sən qoy bu gecənin adını, sən qoy.
Astadan pıçılda ağca balınca,-
Sən qoy bu gecənin adını, sən qoy.

Göy yerə enmişdi ulduzlarıyla,
Bağın ballanmışdı şirin narıyla.
Dəli gülüşüylə, ahu-zarıyla
Sən qoy bu gecənin adını, sən qoy.

Üz üzün, göz gözün, əl əliniydi,
İxtiyar sözün yox, əməliniydi.
Odanda bir səndin, bir “dəli”niydi,
Sən qoy bu gecənin adını sən qoy.

Vücud vücud ilən qarışığıydı,
Od sunun, su odun yaraşığıydı.
Ortada qan vardı – barışığıydı,
Sən qoy bu gecənin adını, sən qoy.

Savabın ötəsi bir günah oldu,
Alnın pirə döndü, səcdəgah oldu.
Axır ki, sənin də qulun şah oldu,-
Sən qoy bu gecənin adını sən qoy.

mersin escort